xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Daşkəsən rayon İcra hakimiyyətindən Gəncə şəhər sakini özünü fermer, çoban adlandıran Müzadil Abdıyevin sosial şəbəkələrdə dediklərinə təkzib

28-01-2021, 21:35 100 dəfə baxılıb

Daşkəsən rayon İcra hakimiyyətindən Gəncə şəhər sakini özünü fermer, çoban adlandıran Müzadil Abdıyevin sosial şəbəkələrdə dediklərinə təkzib


Gəncə şəhər Yeni Gəncə qəsəbəsi bina 56, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan Abdıyev Müzadil Qabil oğlunun YouTube saytında “Bumerang Media” internet kanalında 25.01.2021-ci tarixdə yanımlanmış “Əhəd Abıyev mənə qənim kəsilib” başlıqlı videosüjetlə həqiqəti əks etdirməyən müraciəti ilə bağlı bildiririk ki, Müzadil Abdıyevin icarəsinə Daşkəsən rayon Zəylik bələdiyyəsinin 15 may 2003-cü il tarixli 05 nömrəli qərarı və 16 may 2003-cü il tarixli 12 nömrəli icarə müqaviləsi ilə 15 il müddətinə müvəqqəti istifadə etməsi üçün 55 hektar torpaq sahəsi ayrılmışdır. 16 may 2018-ci il tarixdə həmin icarə müqaviləsinin müddəti bitmiş, Zəylik bələdiyyəsi tərəfindən icarə müqaviləsinə qanunamüvafiq qaydada xitam verilmişdir. Qeyd edirik ki, bələdiyyə torpaqlarının icarəyə verilməsi Daşkəsən rayon İcra hakimiyyətinin səlahiyyətinə aid deyil.
Torpaq sahəsinin yenidən icarəyə götürməsi ilə bağlı Müzadil Abdıyevə mövcud torpaq qanunvericiliyinin tələbləri izah edilərək bildirilmişdir ki, o aidiyyəti üzrə Daşkəsən rayon Zəylik bələdiyyəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməlidir.
Müzadil Abdıyev torpaq icarəsi ilə bağlı Zəylik bədiyyəsinə artıq müraciət etmişdir. Həmin torpaq sahəsinin ona yenidən icarəyə verilməsi məqsədilə lazımi sənədlər Zəylik bələdiyyəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunmuşdur. Hazırda Əmlak Məsələləri Dövlət Xidmətində həmin torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı sənədləşmə işlərinə baxılır. Müvafiq işlər başa çatdıqdan sonra vətəndaş torpaq sahəsini hərrac yolu ilə icarəyə götürə bilər.
Buna baxmayaraq məlum olur ki, Gəncə şəhərində qeydiyyatda olmaqla yaşayan, özünü fermer kimi göstərən bu şəxsin müraciəti, əslində, şəxsi təsərrüfatı ilə bağlı deyil. Onun müraciəti Daşkəsən rayonunda aparılan abadlıq, tikinti-quruculuq işləri adı altında rayonda qarşıdurma yaradıb sabitliyi pozmağa çalışmaq istəyən bəzi imkanlı və cinayətkar ünsürlərin marağına xidmət göstərir. Birmənalı olaraq bildiririk ki, Muzadil Abdıyevin qərəzli, həqiqətə uyğun olmayan müraciəti bəzi maraqlı şəxslər tərəfindən sifarişlə təşkil olunmuşdur. Belə ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulması ilə bağlı Müzadil Abdıyevin dediklərinə aydınlıq gətirirək bildiririk ki, bu yolun tikintisi ilə bağlı maliyyə vəsaiti Daşkəsən rayon İcra hakimiyyətinə yox, bilavasitə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdır. Həmin yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci ilin may-noyabr aylarında inşa olunaraq istismara təhvil verilmişdir. Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun inşası ilə bağlı maliyyə vəsatinin Daşkəsən rayon İcra hakimiyyəti ilə bir heç əlaqəsi yoxdur.
Sonra Müzadil Abdıyevin Daşkəsən şəhərinin su-kanalizasiya sistemlərinin yenidən qurulmasına ayrılan vəsaitin Daşkəsən rayon İcra hakimiyyəti tərəfindən mənimsənilməsi haqqında dediklkəri ilə bağlı bildiririk ki, həmin layihə “Azərsu” ASC-nin sifarişi ilə podratçı təşkilat “Çakır Yapı və Kamer” İnşaat Birgə Müəssisəsi tərəfindən icra olunmuşdur. Su-kananlizasiya layihəsinin tikintisi üçün nəzərdə tutulmuş maliyyə vəsaiti Daşkəsən rayon İcra hakimiyyətinə verilməmişdir və bu ayrılan vəsaitin də Daşkəsən rayon İcra hakimiyyətinə heç bir aidiyyəti yoxdur.
Müzadil Abdıyevin guya Daşkəsən rayon İcra hakimiyyətinin başçısı tərəfindən döyülməsi ilə bağlı dedikləri də yalan və böhtandır. Onun hər hansı təzyiqlərə məruz qalması və ya təhqir edilməsi barədə iddiaları tamamilə özünün uydurmasıdır.
Aydın məsələdir ki, Youtube-də “Bumerang Media” internet kanalında 25.01.2021-ci tarixdə yanımlanmış videosüjet Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin işgüzar nüfuzuna xələl gətirmək üçün müəyyən şəxslərin təşkilatçılığı ilə hazırlanmış böhtan xarakterli əsassız müraciətdir. Yoxlandıqda Muzadil Abdıyevin dediklərinin heç biri öz təsdiqini tapmayacaqdır və bu məsələnin araşdırılıb hüquqi qiymət verilməsi üçün tərəfimizdən aidiyyəti üzrə məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət ediləcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi