xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Tarixi zəfərimiz Nyu-Yorkda qeyd olunub - FOTOLAR

7-12-2020, 11:07 42 dəfə baxılıb

Tarixi zəfərimiz Nyu-Yorkda qeyd olunub  - FOTOLAR


ABŞ-ın Nyu-York şəhərində yaşayan azərbaycanlıların iştirakı ilə Vətən müharibəsində böyük Qələbəmiz münasibətilə şəhərinin mərkəzi küçələrində avtoyürüş keçirilib.

Report xəbər ki, yüzlərlə həmvətənimiz Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilmiş avtomobillərlə Bruklindən yola düşüblər. Azərbaycan musiqiləri ilə hərəkət edən avtomobillər çevrədəkilərin diqqətini cəlb edib. Yerli vətəndaşlar həmvətənlərimizi təbrik edib, onları alqışlayıblar. ABŞ polisi yürüş ərzində avtomobil karvanını müşayiət edib. Yürüşün sonunda həmvətənlərimiz “Old Baku” (Köhnə Bakı) restoranında toplaşıblar.

Azərbaycan icmasının üzvü Elnur Ələkbərov və Esmira Əskərovanın təşkilatçılığı ilə baş tutan görüşdə həmvətənlərimiz vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxışlarda Azərbaycandan minlərlə kilometr uzaqda olmalarına baxmayaraq daima ürəklərinin Vətənlə döyündüyünü, “Vətən müharibəsi”nin hər dəqiqəsini ölkəmizdə olan soydaşlarımız qədər həyəcanla izlədiklərini dilə gətiriblər

Azərbaycan Nyu-York Assosiasiyasının prezidenti Ercan Yerdelenli, vitse-prezidenti Zəminə Mirhadıyev da çıxışlarında ABŞ icmasının ötən müddət ərzində və bundan sonra da, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması üçün birlik içində fəaliyyətlərini davam etdirəcəklərini deyiblər. İcma üzvləri ölkə başçısı İlham Əliyevə dəstəklərini ifa edib, ona tarixi qələbənin əldə edilməsində göstərdiyi əzm və iradəyə görə minnətdarlıqlarını ifadə ediblər.

Tarixi zəfərimiz Nyu-Yorkda qeyd olunub  - FOTOLARTarixi zəfərimiz Nyu-Yorkda qeyd olunub  - FOTOLARTarixi zəfərimiz Nyu-Yorkda qeyd olunub  - FOTOLARTarixi zəfərimiz Nyu-Yorkda qeyd olunub  - FOTOLARTarixi zəfərimiz Nyu-Yorkda qeyd olunub  - FOTOLARTarixi zəfərimiz Nyu-Yorkda qeyd olunub  - FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi