xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Telefona gələn bəzi SMS-lər dərhal silinməlidir — XƏBƏRDARLIQ

27-08-2020, 09:00 94 dəfə baxılıb

Telefona gələn bəzi SMS-lər dərhal silinməlidir — XƏBƏRDARLIQ


Telefona gələn bəzi SMS ismarıclar dərhal silinməlidir.
“Praym”ın məlumatına görə, bu barədə “Sinerqiya” Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib.

Onun sözlərinə görə, bu xəbərdarlıq ilk növbədə bank əməliyyatlarının təsdiqlənməsi üçün göndərilən parolların, şifrələrin olduğu mesajlara aiddir.

Bundan başqa şəxsi kabinetə daxil olmaq üçün linkləri olan SMS-lər də silinsə yaxşı olar.

“Onlar birdəfəlik istifadə üçün olsalar da, fırıldaqçılar istifadə edə bilərlər”, - deyə ekspert bildirib.
S.Kosarev həmçinin telefondakı hansı SMS-lərin saytlardan parolları özündə ehtiva etdiyini xatırlamağı məsləhət gördü.

“Hər ehtimala qarşı onlar “səbətə” göndərilməlidir”, - deyə o əlavə edib.

Ekspert bildirib ki, mesajları təmizləməkdən başqa telefondakı məlumatların parol ilə qorunmasına diqqət yetirilməlidir.

“Bu barmaq izi, Face ID və ya rəqəmsal parol yolu ilə edilə bilər. Əsas odur ki, parolda 1, 2, 3, 4, 5 rəqəmləri olmasın. Bundan əlavə, telefon göz qabağında olsa belə kilidlənməlidir”, - deyə S.Kosarev sözlərini yekunlaşdırıb. oxu.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi