xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Azərbaycanlı milyarderin boşanma qalmaqalı — Pula görə ana oğluna qarşı çıxır…

22-06-2020, 09:49 51 dəfə baxılıb

Azərbaycanlı milyarderin boşanma qalmaqalı — Pula görə ana oğluna qarşı çıxır…


Milyarder Fərhad Əhmədovun oğlu anasının Londonda məhkəməyə verilməsi qərarını "qanuni don geydirilmiş qəsb" ilə müqayisə edib, anası ilə məhkəmədə çəkişmək əvəzinə öz həyatını yaşayacağını bildirib.
Virtualaz.org xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

"Mənim 26 yaşım var və mən anamı məhkəməyə vermək əvəzinə öz həyatımı yaşamaq istərdim",- milyarder Fərhad Əhmədovun və keçmiş həyat yoldaşı Tatyananın oğlu Teymur Əhmədov anasının ona qarşı qaldırdığı məhkəmə iddialarını şərh edərkən deyib.


Onun sözlərinə görə, 2018-ci ildə Tatyana Əhmədovanın iddia hüquqlarını təhvil verdiyi İngiltərə məhkəməsi və "Burford Capital" şirkəti , onu öz oğlunu məhkəməyə verməyə vadar edib.

"Atam beş il əvvəl anama 150 milyon dollar ödəməyi təklif etdi, amma indi 3 vəkilin köməyi ilə piroqun bir hissəsini almaq istəyir", - o əlavə edib.
Fərhad və Tatyana Əhmədovların boşanma prosesi 2013-cü ildən bəri davam edir. Londonun Yüksək Məhkəməsi 2016-cı ilin dekabrında milyarderin keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq (o vaxt təxminən 584 milyon dollar idi) ödəməyə məhkum edib, lakin Əhmədov məhkəmə qərarını yerinə yetirməkdən imtina edib. Təzminatı almağa çalışan Tatyana Əhmədova isə sonradan oğlunun atasının aktivlərini gizlətməyə kömək etdiyini bildirərək onu məhkəməyə verib.


Məhkəmə iddiasında deyilir ki, Teymur Əhmədov əslində atanın köməkçisi kimi fəaliyyət göstərib və anasının bu mənbələri öz xeyrinə geri ala biləcəyi dəyərlər və maliyyə alətlərini yurisdiksiyalardan çıxarmaq üçün sxemlərin hazırlanmasına və həyata keçirilməsinə kömək edib.

Teymur Əhmədov Londonda özünün müdafiəsi üçün iki cavab iddiası qaldırıb. Onlardan birində, ananın vəkillərinə pul ödəməsinin qadağan edilməsini tələb edib, çünki məhkəməsi üçüncü tərəf "Burford Capital" fondu tərəfindən maliyyələşdirilir və nəzarət olunur. İkinci məhkəmə iddiasında Teymur anasının müdafiəsi ilə təmin edilən bəzi sənədlərin şəxsi həyatı ilə əlaqəli olduğu üçün məhkəmə prosesinin açıq elan edilməsini tələb edib. İyunun 12-də hakim Kvinnet Nouels Teymurun mübahisəli səbəbləri olmadığına görə rədd edib.

"Hakim Nouelsin qərarı qətidir və mənə qarşı ayrıseçkilik etməyən apelyasiya məhkəməsinə göndəriləcək",- deyə Teymur Əhmədov "Forbes" jurnalına bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi