xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Putinin SSRİ planı: Yalnız bir ölkə buna razıdır – Video

21-04-2020, 12:08 67 dəfə baxılıb

Putinin SSRİ planı: Yalnız bir ölkə buna razıdır – Video


Putin bundan öncə də bir neçə dəfə SSRİ-nin bərpası fonunda bənzər təşkilatlar yaradaraq, 15 respublikanı birləşdirməyə çalışıb. Xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Putinin SSRİ yolunda atdığı ən mühüm addımlardandır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya Prezidenti Vladimir Putinin “Rossiya” kanalına son müsahibəsində SSRİ-nin bərpası haqda fikirlərini şərh edərkən deyib. Politoloq vurğulayıb ki, Putin hakimiyyətə gəldiyi ilk gündən etibarən SSRİ-nin dağılmasını böyük faciə adlandırıb:

“Sonrakı illərdə də o, bu fikirləri dəfələrlə dilə gətirib. Putin faktiki olaraq Rusiyanı SSRİ-nin varisi, ondan ayrılan 15 respublikanı isə Rusiyanın siyasi təsir arealı hesab edir”.

Politoloq qeyd edib ki, SSRİ-ni yenidən restavrasiya etmək xülyadan başqa bir şey deyil:

“Heç kəsə sirr deyil ki, Putinin ən böyük arzusu bəlkə də SSRİ kimi güclü, böyük bir ölkə qurmaqdır. Düzdür, bu, tam mənasında SSRİ olmayacaq, lakin ən azından Avropa İttifaqına bənzər bir təşkilat ola bilər. İlk başda bu, çox müsbət bir təşəbbüs kimi görünə bilər. Hər halda Avropa İttifaqı kimi bir qurumun regionda olması inkişafa gətirib çıxarar. Lakin bu məsələdə bir çox nüans var: Birincisi, SSRİ dağıldıqdan sonra imperiyanın sərhədlərindəki ölkələrdə ərazi münaqişələri yaranmağa başladı. Bu gün Moldova, Ukrayna, Gürcüstan, Azərbaycan və s. bu münaqişələrdən əziyyət çəkir. Yəni bu münaqişələr tam həll edilmədikcə, 15 respublikanın tam bir ittifaqda birləşməsi real görünmür. İkincisi, Rusiyanın regionda son 10 ildə apardığı aqressiv siyasət bir çox postsovet ölkəsinin Qərbə meyil etməsinə gətirib çıxarıb. Xüsusən, Ukrayna, Gürcüstan və Baltikyanı ölkələr Rusiyadan birdəfəlik üz döndərib. Bu ölkələrsiz Rusiya istədiyi ittifaqı qura bilməz.

Üçüncüsü, Putinin bu ideyası günün reallıqları ilə uyğun gəlmir. Çünki bu gün ölkələr dünyaya inteqrasiya edir, özləri müstəqil qərarlar verir, milli maraqları çərçivəsində hərəkət edirlər. Bu gün yalnız bir-iki ölkə Moskvanın tələbi əsasında siyasət formalaşdırmağa razı olar və olur da. Bunlardan birincisi və bəlkə də elə yeganə olan Ermənistandır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi