xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:33 – Onlar general-leytenant oldu - Sərəncam 
  • 12:23 – DSX-nin şəhid hərbçiləri təltif olundu - Siyahı 
  • 23:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 23:29 – Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar 

“Neçə nəfəri öldürdüyümü xatırlamıram” - 10 ərini öldürən iranlı qadın

Bugün, 09:55 1 dəfə baxılıb

“Neçə nəfəri öldürdüyümü xatırlamıram” - 10 ərini öldürən iranlı qadın


İranda "Qara dul" ləqəbi ilə tanınan 56 yaşlı Kolthum Akbari bir neçə şəxsin qətlində təqsirli bilinərək ölüm hökmünə məhkum edilib.

İranın Mazandaran əyalətində yaşayan Akbarinin qurbanlarını müvəqqəti nikahlar, yəni "mütə" nikahı vasitəsilə seçdiyi bildirilir. Məlumata görə, o, əsasən özündən yaşlı kişilərlə evlənib.

İran mətbuatının yazdığına görə, Akbari nikahda olduğu yaşlı kişilərə müxtəlif dərmanlar verib, bəzi hallarda isə sənaye spirtindən istifadə edib. Qətllərin müxtəlif ünvanlarda və rəsmi nikah statusu olmadan törədilməsi səbəbindən hadisələr uzun müddət diqqətdən kənarda qalıb.

Onun son qətli təxminən üç il əvvəl törətdiyi bildirilir. Akbari 82 yaşlı Qulamrza Babai ilə müvəqqəti nikaha girdikdən sonra onun ölümündə şübhəli bilinərək saxlanılıb. Kişinin ailəsi Akbarinin onu dərman qəbul etməyə məcbur etdiyini və ölümün buna görə baş verdiyini iddia edib.

İstintaq zamanı Akbari neçə nəfəri öldürdüyünü dəqiq xatırlamadığını bildirib. O, qurbanlarının sayının 13-15 nəfər arasında ola biləcəyini deyib.

Lakin hakimiyyət orqanlarının son məlumatlarına əsasən, hazırda 10 ölüm faktı müəyyən edilib. Araşdırmaların davam etdiyi bildirilir.

İran qanunvericiliyində "qisas" hüququ nəzərdə tutulur. Buna əsasən, qurbanların ailələrindən ölüm hökmünün icra edilməsini istəyib-istəmədikləri soruşulur.

Məlumata görə, qurbanların 10 ailəsinin hamısı Akbarinin edam edilməsini tələb edib. Ailələrdən birinin isə "qan pulu" tələb etdiyi bildirilib.//Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi