xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:23 – “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır” 
  • 12:59 – DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar 
  • 17:16 – Azərbaycan Prezidenti Venesuelaya başsağlığı verdi 
  • 16:30 – Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ 

Rusiyaya uçan Paşinyan Bakıya gör nə VƏD etdi – Putinin SON cəhdi

Bugün, 12:33 0 dəfə baxılıb

Rusiyaya uçan Paşinyan Bakıya gör nə VƏD etdi – Putinin SON cəhdi


Möcüzə baş vermədi. Ermənistanın Konstitusiya Məhkəməsi 7 iyun parlament seçkilərinin MSK tərəfindən təqdim edilən nəticələrini təsdiqlədi. Radikal-revanşist müxalifətin çığır-bağırı özünə qaldı.

Rusiyaya bağlı opponentlərin artıq deputata mandatlarını götürməkdən savayı yolu qalmayıb. Deyəsən, belə də olacaq. “Kaluqalı” oliqarx, seçki ikincisi olmuş “Güclü Ermənistan” partiyasının sədri, ev dustağı Samvel Karapetyanın nümayəndəsi deyib ki, blok parlamentin işində iştirak etmək niyyətindədir. Səbəbini isə belə izah edib: “Bu, gələcəkdə küçə etiraz hərəkatını dəstəkləyə biləcək parlament nümayəndəliyinin formalaşdırılması üçün zəruridir”.

Hərçənd, kütlə revanşistlərin, daha dəqiqi, “müharibə partiyası”nın ardınca getsəydi, elə bu günlərdə onların çağırışlarına qoşulub küçələrə tökülərdi. Tökülmədi. Demək, gələcəkdə də ciddi etirazlar gözlənilmir.

Daha bir səbəbə: Rusiya rəhbərliyi seçkisonrası reallığı qəbul eləməyə başlayıb. Yoxsa Nikol Paşinyan 7 iyun seçkilərindən sonra bu gün ilk dəfə Rusiyaya səfərə yollanmazdı...

Doğrudur, Putin üstündən bir ay ötsə də, hələ ki, qalib partiyanın sədrini qələbə münasibətilə təbrik eləməyib. Amma Moskva İrəvanla əlaqələri kəsmək niyyətində də görünmür. Geri çağırılmış səfir Sergey Kopırkin də çoxdan İrəvandadır.

Qısası, Rusiya yönlü müxalifətə gərəkən siqnallar və təlimat çatdırılıb. Məlumata görə, Robert Köçəryanın “Ermənistan” bloku (seçki üçüncüsü) də deputat mandatlarını götürməyə hazırlaşır...

Paşinyan isə Yekaterinburqa uçmazdan bir gün qabaq ölkə üçün yeni konstitusiyanın qəbulunun vacibliyini növbəti dəfə vurğulayıb. Hansı ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün sonuncu şərt-tələb sayılır.

Bu barədə danışan Nikol konstitusiyanın xalqın iradəsini əks etdirməli olmalı olduğunu söyləyib. Bundan aylar öncə isə o, yeni konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı torpaq iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın olmayacığını bəyan eləmiş, bunu regional sülhə böyük təhlükə adlandırmışdı.

Qısası, vədə həyata keçirmək məsələsi. Yeri gəlmişkən, bu barədə ötən ilin 8 avqustunda Ağ Evdə İlham Əliyev, Donald Tramp və Nikol Paşinyanın imzaladığı Birgə Bəyannamədə də açıq mətnlə bildirilir. Ayrı sözlə, artıq əsas zamin, qarantor Trampdır və Paşinyan “burcuda” bilməz...


Rusiya isə Ermənistanda qonşu ölkələrə qarşı ərazi iddialarının yer almadığı yeni konstitusiyanın qəbuluna qarşıdır. Rəsmi Moskva bunu açıq şəkildə biruzə verməsə də, onun proksi-qüvvələri, o sırada “5-ci kolon”u, başda Rusiya “desantı” Samvel Karapetyan və Xocalı canisi Robert Köçəryan olmaqla konstitusiya dəyişikliyinə, referenduma qarşı sonadək mübarizə aparacaqlarını bəyan edib. Niyə?

Ona görə ki, dəfələrlə yazdığımız kimi, Azərbaycan və Türkiyə ilə barışıq prosesinin uğurla başa çatması və sərhədlərin açılması, diplomatik və iqtisadi-ticari əlaqələrin qurulması Kremlin Ermənistandakı, bölgədəki, imperiya maraqlarına daban-dabana ziddir. Ancaq nə yaxşı ki, böyük sülh prosesi kifayət qədər geridönməz xarakter alıb və heç vaxt olmadığı qədər Rusiyadan ən az asılıdır...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi