xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Dəhşətli PROQNOZ: İran bu faciəyə hazırlaşır - QƏBİRLƏR QAZILDI

6-07-2026, 16:00 6 dəfə baxılıb

Dəhşətli PROQNOZ: İran bu faciəyə hazırlaşır - QƏBİRLƏR QAZILDI


Almaniyanın “Die Welt” nəşri İranın ali dini lideri Əli Xameneinin mümkün ölümü və ondan sonrakı dəfn mərasimi ilə bağlı dəhşətli bir proqnozu yayıb. Nəşrin əldə etdiyi gizli sənədlərə görə, hakimiyyət kütləvi insan axını zamanı baş verə biləcək faciələrə hazırlaşır.

İran Qızıl Aypara Cəmiyyətinin ölkənin birinci vitse-prezidentinə göndərdiyi gizli məktubda dəfn mərasimi zamanı 1500 ilə 3000 arasında insanın həlak ola biləcəyi proqnozlaşdırılır.

Təhlükəsizlik və idarəetmə tədbirləri üçün xüsusi operativ qrup yaradılıb. Tehran yaxınlığındakı ölkənin ən böyük qəbiristanlığı olan “Beheşt-e Zəhra”da minlərlə yeni məzarın hazırlandığı bildirilir.

Tehran şəhər administrasiyasının bir əməkdaşı vəziyyəti belə şərh edib: “Hazırlanmış qəbirlər həqiqətən də var. Məsul şəxslərə bildirilib ki, 3000-ə qədər ölüm halı istisna edilmir. İndiki kütləvi insan axını və güclü istilər fonunda nələrin baş verəcəyini heç kim əvvəlcədən deyə bilməz.”

Nəşr xatırladır ki, daha əvvəlki dəfn mərasimlərində də acı hadisələr yaşanıb:

2020-ci ildə Qasım Süleymaninin dəfnində yaranan sıxlıq nəticəsində rəsmi məlumatlara görə 56 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

İran İslam Respublikasının banisi Xomeyninin dəfn mərasimi də insan tələfatı və yaralanmalarla yadda qalıb.

Ekspertlər hesab edir ki, İran hakimiyyəti bu dəfəki mərasimin miqyasını və təhlükəsizlik risklərini nəzərə alaraq, tarixin ən böyük kütləvi faciələrindən birinin baş verə biləcəyindən ciddi narahatlıq keçirir./Bizim.Media






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi