xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Gizli hesabat: Türkiyə və İran 10 illik müharibəyə hazırlaşır

4-03-2025, 09:00 1 dəfə baxılıb

Gizli hesabat: Türkiyə və İran 10 illik müharibəyə hazırlaşır


Türkiyə və İran yaxın dövrdə yeni bir geosiyasi mübarizəyə başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə “Nəşnl İnterest” (Nİ) nəşri yazıb.

Nəşrin milli təhlükəsizlik üzrə departamentinin redaktoru, ABŞ hökumətinin müxtəlif qurumlarına xarici siyasətlə bağlı tövsiyələr verən Brandon Vayxert Konqresdəki respublikaçılar arasında Türkiyə-İran qarşıdurması ilə bağlı iddiaların müzakirə edildiyini qeyd edib.

İddiaya görə, respublikaçı konqresmenlərin bəziləri Türkiyə və İran arasında yaxın dövrdə İraqda qarşıdurma başlayacağını düşünürlər. Amerikalı siyasətçilər hesab edirlər ki, Türkiyə İraqda İranın təsir zonasını kəşfiyyat bacarıqları ilə azaldacaq və bu, qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalını yeni toqquşma meydanına çevirə bilər. ABŞ-da bu mübarizənin qalibinin Türkiyə olacağı proqnozlaşdırılır.

Konqres kulislərindəki müzakirələr Türkyənin Suriya və İraqda İranın əsas geostrateji rəqibinə çevrildiyi yönündədir.

“Türkiyə son günlər Suriya hakimiyyətinin də dəstəyi ilə şimaldakı kürdləri (PYD/YPG terrorçuları-red) sıxışdırmağa çalışır, bu istiqamətdə hərbi əməliyyatları intensivləşdirib. İran bölgədəki kürd qruplaşmalarına dəstək vermir, çünki özü də kürd problemi ilə üz-üzədir. Lakin Tehran Türkiyənin bölgədəki hərbi əməliyyatlarının kürd qruplaşmalarla məhdudlaşmayacağını, İraqda İranın dəstəklədiyi şiə milis qruplarının da hədəfə çevriləcəyini anlayır”, - nəşr yazır.

Nəşr mənbələrinə istinadən qeyd edir ki, İraq Türkiyənin dəstəklədiyi qruplarla İranın dəstəklədiyi qruplar arasında qaynar münaqişə ocağına çevrilmək üzrədir.

Konqres üzvərini hazırladığı hesabatlarda bir məqama xüsusilə diqqət çəkilir: “Son 20 ildə MİT İran masasını tamamilə dəyişdirdi. İran və Türkiyə arasında əməkdaşlıq bəyanatlarına baxmayaraq, arxa fonda geosiyasi rəqabət var. Türkiyə İraqdakı gücünü genişləndirməklə Tehranı 1979-2003-cü illəri əhatə edən “ölkə sərhədlərindən kənara çıxmamaq” konseptinə qayıtmağa məcbur etmək istəyir. Lakin Türkiyə və İran arasındakı qarşıdurma Yaxın Şərqdə hələ heç kimin qalib olmadığı İraqda şiddətlənərsə, Ankara qalib olacaq. Türkiyə İran daxilindəki müxalifləri belə dəstəkləyərək, Tehran rejimini çökdürməyə çalışacaq. Qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalında geosiyasi tarazlığı Türkiyə-İran qarşıdurması müəyyən edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi