xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:59 – DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar 
  • 16:30 – Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ 
  • 11:04 – Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət 
  • 14:52 – Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi 

Rusiyadakı anti-Aıərbaycan qüvvələrə ciddi zərbə

Bugün, 15:30 0 dəfə baxılıb

Rusiyadakı anti-Aıərbaycan qüvvələrə ciddi zərbə


Paşinyan hökuməti bu dəfə Moskvadakı çoxsaylı erməni diasporunun Ermənistanın daxili siyasi proseslərinə təsir göstərməsini yasaqlayır

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan hakimiyyətinin Seçki Məcəlləsinə təklif etdiyi dəyişiklikləri kəskin tənqid edib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, o, brifinq zamanı bildirib ki, yeni qaydalar xaricdə yaşayan erməni diasporunun ölkənin ictimai-siyasi həyatından faktiki olaraq təcrid edilməsinə gətirib çıxara bilər.Zaxarovanın sözlərinə görə, qanun layihəsinin hüquqi qiymətləndirilməsi ekspertlərin səlahiyyətində olsa da, artıq bir sıra erməni hüquqşünasları bu dəyişikliklərin Ermənistan Konstitusiyası ilə ziddiyyət təşkil edə biləcəyini qeyd edirlər.
Diplomat vurğulayıb ki, qanunların əsas məqsədi vətəndaşların hüquqlarını qorumaqdır. Lakin onun fikrincə, bu təşəbbüs əksinə, Ermənistan pasportu daşıyan minlərlə şəxsi fundamental hüquqlardan – ilk növbədə seçkilərdə iştirak etmək hüququndan məhrum edir.
Zaxarova çıxışında Ermənistanın Qərblə yaxınlaşmasına da toxunaraq bildirib ki, Avropa ekspertlərinin ölkədə fəallaşdığı bir dövrdə bu qanun layihəsinin "Kremlin hibrid müdaxiləsinə qarşı mübarizə" kimi təqdim edilməsi diqqət çəkir. Onun sözlərinə görə, hakimiyyətə yaxın media dəyişiklikləri Rusiyadakı erməni diasporunun parlament seçkilərinə təsir imkanlarının qarşısını almaq üçün zəruri addım kimi qələmə verir.
Rusiya XİN rəsmisi bu arqumenti əsassız adlandıraraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin statistikasına istinad edib. O bildirib ki, 2025-ci ilin may-iyun aylarında Ermənistana daxil olan vətəndaşların sayı cari ilin eyni dövrü ilə müqayisədə daha çox olub və bu rəqəmlər "Kremlin seçki ssenarisi" barədə iddiaları təsdiqləmir.

Qeyd edək ki, Ermənistan parlamentində hakim "Vətəndaş Müqaviləsi" fraksiyası tərəfindən irəli sürülən qanun layihəsinə əsasən, gələcəkdə ümumrespublika seçkilərində və referendumlarda səsvermə hüququ yalnız Ermənistan vətəndaşlığı ilə deyil, həm də ölkədə müəyyən müddət yaşamaq şərtinin yerinə yetirilməsi ilə mümkün olacaq.
Layihə müəllifləri hesab edirlər ki, bu meyar vətəndaşın dövlətlə real iqtisadi, sosial və ictimai-siyasi bağlılığını nümayiş etdirməlidir. Xaricdə xidməti vəzifəsini yerinə yetirən dövlət qulluqçularının isə bu tələbdən istisna edilməsi nəzərdə tutulur.
Bu məsələ təkcə seçki qanunvericiliyinə edilən texniki dəyişiklik deyil, həm də Rusiya-Ermənistan münasibətlərində yeni siyasi polemikanın növbəti epizodu kimi qiymətləndirilə bilər. Moskva uzun illərdir Rusiyada yaşayan çoxsaylı erməni diasporunu Ermənistanın daxili siyasi proseslərinə təsir göstərə biləcək mühüm amil hesab edir. Yeni məskunlaşma senzinin tətbiqi isə həmin elektoratın seçki prosesində rolunu əhəmiyyətli dərəcədə azalda bilər.
İrəvan isə islahatı fərqli arqumentlə əsaslandırır. Hakimiyyət bildirir ki, ölkənin gələcəyini müəyyən edən qərarlarda yalnız Ermənistanın ictimai və iqtisadi həyatında real iştirak edən vətəndaşlar söz sahibi olmalıdır. Bu yanaşma bir sıra Avropa ölkələrində tətbiq olunan rezidentlik prinsiplərinə istinad etsə də, xaricdə yaşayan yüz minlərlə erməninin siyasi hüquqlarının məhdudlaşdırılması ilə bağlı mübahisələri də gücləndirir. Moskvanın sərt reaksiyası göstərir ki, Ermənistanın daxili siyasi islahatları artıq regional geosiyasi rəqabətin də tərkib hissəsinə çevrilməkdədir. Bu mövzu parlamentdə müzakirələr irəlilədikcə həm ölkə daxilində, həm də Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik yarada bilər.

Yeri gəlmişkən, məlumdur ki, erməni diasporu Rusiya Erməniləri İttifaqının ətrafında birləşib. Ara Abramyanın rəhbərlik etdiyi diaspor strukturları isə hər zaman Azərbaycan əleyhinə yönəlmiş təbliğat kampaniyalarında fəal iştirak edirlər. Xüsusilə 44 günlük müharibədən sonra Abramyanın təşkilatları Rusiyada, Fransada və ABŞ-da Azərbaycana qarşı yönəlmiş sərgilər, konfranslar və mediada qərəzli çıxışlar təşkil edib. O, İkinci Qarabağ müharibəsindən sonra keçmiş qondarma separatçı rejimin bəzi üzvləri ilə təmaslarını davam etdirib. Məsələn, 2021-ci ildə hazırda Bakıda həbsdə olan Arayik Harutyunyanla Moskvada görüşü zamanı Qarabağı “erməni torpağı” adlandırmışdı. Ara Abramyan 2026-cı ilin iyunda Ermənistanda keçirilən parlament seçkilərində də Paşinyana qarşı çıxan siyasi qüvvələrə dəstək vermişdi. Ötən il isə Rusiya prezidenti onu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi