xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Lavrovdan Köçəryan və Sərkisyanla bağlı gözlənilən açıqlama

28-08-2026, 10:46 8 dəfə baxılıb

Lavrovdan Köçəryan və Sərkisyanla bağlı gözlənilən açıqlama


“Robert Köçəryanın dövründə müdafiə naziri vəzifəsində çalışmış və sonradan ölkənin birinci şəxsi olmuş başqa bir prezident Serj Sarkisyan da orada istintaq altındadır. Xarici İşlər Nazirliyinin mövqeyi budur ki, biz erməni xalqının maraqlarına uyğun hərəkət edirik”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RBC”yə müsahibəsində Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanın həbsinə, Serj Sarkisyan barəsində cinayət işinin açılmasına münasibət bildirərkən deyib.

O söyləyib ki, Rusiya dəfələrlə çətin vəziyyətlərdə erməni xalqını və Ermənistan rəhbərliyini xilas edib.

“Əlbəttə ki, bu maraqlar üstünlük təşkil etməlidir. Lakin İrəvandakı hazırkı rəhbərlik başqa məqsədlərlə idarə olunur. Avropa İttifaqına (Aİ) diqqət yetirmək məqsəd elan edilib və Avropa İttifaqına qoşulma prosesinə başlamaq üçün qanun qəbul edilib”, - nazir vurğulayıb.
S.Lavrovun fikrincə, Ermənistan hakimiyyətinin Avropaya inteqrasiya siyasəti səhvdir. Rusiyanın XİN başçısı iddia edir ki, N.Paşinyan Ermənistan seçicilərinə və Ermənistan xalqına etimad göstərmir.

“Dürüst bir seçim nümayiş etdirmək lazımdır. Ticarət dövriyyəsinin son üç ildə 6 milyard dolları keçdiyi və bir ildə 12 milyard dollara çatdığı Avrasiya İqtisadi İttifaqını (Aİİ) yoxsa, Avropa İttifaqını. Hansı ki, Ermənistan Aİİ sayəsində inkişaf edib”, - S.Lavrov söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi