xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 
  • 14:46 – İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi 
  • 13:07 – Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video 

Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür

Bugün, 09:39 1 dəfə baxılıb

Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür


Vaşinqtonda Ağ Evin siyasətinə əvvəlki təsir imkanlar daralır, Parisdə isə erməni diasporasının yeni siyasi mərkəzi formalaşdırılır

Erməni diasporasının son aylardakı fəallığı diqqətçəkən bir mənzərə ortaya qoyur: ABŞ-da onilliklər ərzində formalaşdırılmış lobbiçilik modelinin qarşısına yeni problemlər çıxır, Ermənistan isə diasporanın fəaliyyətini yalnız Amerikaya bağlamamaq üçün Avropaya doğru genişlənməyə çalışır.Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu prosesin mərkəzində Fransa hakimiyyəti dayanır.
Hələ aprel ayında Parisdə keçirilən Diasporanın Milli Səfərbərliyi Konfransı bunun təsadüfi olmadığını göstərir. Tədbirdə dünyanın 26 ölkəsindən erməni lobbisinin 150-dən çox nümayəndəsi iştirak edib. Ötən ay keçirilən onlayn toplantında isə ayrıca internet platformasının yaradılması qərara alınıb. Saytın təqdimatında məqsəd yalnız Paris toplantısının materiallarını arxivləşdirmək deyil. Burada çıxışlar, dəyirmi masa müzakirələri, bəyanatlar və sonrakı təşəbbüslər bir mərkəzdə toplanacaq. Yəni söhbət mərkəzi Paris olmaqla müxtəlif ölkələrdə yaşayan erməniləri vahid siyasi və ideoloji platformasının yaradılmasından gedir.
Bəs niyə məhz indi?
Çünki ABŞ-da erməni diasporasının özünü ən güclü hiss etdiyi məkanlardan biri olan Kaliforniyada belə son hadisələr icmanın təhlükəsizlik və gələcək barədə narahatlığını artırıb. Avqustun sonlarında Los-Anceles ətrafındakı erməni icmasının əsas mərkəzlərindən biri olan Qlendeyldə ermənilərə qarşı təhqiramiz vərəqələr yayılıb. Polis hadisəni “nifrət motivli insident” kimi araşdırır. Vərəqələr qatlanmış 100 dollarlıq əskinas formasında hazırlanıb və açıldıqda ermənilərə qarşı təhqiramiz ifadə ortaya çıxıb.
Hadisənin məhz məktəbin ətrafında baş verməsi isə xüsusi rezonans doğurub. Çünki həmin günlərdə məktəbdə Qərbi erməni dili üzrə ikidilli immersiya proqramına başlanılıb. Beləliklə, erməni diasporası üçün yalnız siyasi deyil, mədəni və dil məsələsi də ABŞ-da yeni çağırışlarla üz-üzə qalır. Əlbəttə, bir neçə vərəqə hadisəsinə əsaslanaraq ABŞ-ın erməni diasporası üçün artıq təhlükəli ölkəyə çevrildiyini demək düzgün olmaz. ABŞ hələ də erməni lobbisinin ən mühüm siyasi dayaqlarından biridir. Məsələn, “Armenian National Committee of America”nın(ANCA) hələ də açıq şəkildə ABŞ siyasətinə təsir göstərməyi və erməni-amerikan icmasının siyasi prioritetlərini irəli aparmağı əsas məqsədlərindən biri kimi göstərir.
Lakin başqa bir proses də göz qabağındadır: erməni diasporası öz siyasi imkanlarını yalnız Vaşinqton və Los-Anceles xətti ilə məhdudlaşdırmaq istəmir.
Paris bu baxımdan daha əlverişli platformaya çevrilir. Fransa uzun illərdir erməni diasporasının ən güclü Avropa dayaqlarından biri hesab olunur. Parisdə keçirilən konfransın mahiyyəti də bunu göstərir: məqsəd ayrı-ayrı icmaların fəaliyyətini birləşdirmək, ümumerməni siyasi gündəliyi yaratmaq və diasporanın imkanlarını daha sistemli şəkildə səfərbər etməkdir.

Başqa sözlə, erməni diasporası Vaşinqtondakı imkanlarını itirmək istəmir, amma artıq yalnız ABŞ-a arxalanmağın kifayət etmədiyini də anlayır. Parisdə yaradılan yeni platforma məhz bu ehtiyacın nəticəsi kimi görünür. Bu isə Azərbaycan üçün də diqqətdən kənarda qalmalı proses deyil. Çünki söhbət sadəcə ermənilərin diaspor fəaliyyətindən yox, müxtəlif ölkələrdəki siyasi, ictimai və lobbiçilik resurslarının vahid gündəlik ətrafında daha koordinasiyalı şəkildə birləşdirilməsindən gedir...musavat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi