xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

Pezeşkiandan MÜHÜM AÇIQLAMA: "Baxışımızı düzəltməli, qonşularla əlaqələrimizi gücləndirməliyik"

29-08-2026, 12:12 5 dəfə baxılıb

Pezeşkiandan MÜHÜM AÇIQLAMA: "Baxışımızı düzəltməli, qonşularla əlaqələrimizi gücləndirməliyik"


İran Prezidenti Məsud Pezeşkian ölkəsinin qonşu dövlətlərlə münasibətlərinə dair vacib açıqlamalar verib.

Pezeşkian IRIB-yə müsahibəsində bildirib ki, qonşularla yaxşı əlaqələrə malik olmaq qaçılmaz bir prinsipdir və bu istiqamətdə bir qədər ləng hərəkət edilib.

İran lideri qeyd edib ki, doktor Möhsün Rezaiyin gəlişi ilə əlaqədar artıq ortaq dil və baxışa çatılır: "Bunların hamısı islam ölkələridir. Biz niyə islam ölkələri ilə dava etməliyik? Niyə bir-birimizlə ortaq dilə gəlməyək? Niyə bölgənin təhlükəsizliyini birlikdə təmin etməyək?"

Pezeşkian uzaqdan mesaj göndərməyin problemi həll etmədiyini vurğulayaraq dialoqun və qarşılıqlı narahatlıqların nəzərə alınmasının vacibliyini diqqətə çatdırıb.

O əlavə edib ki, Türkiyə, Azərbaycan, Türkmənistan, Pakistan, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman və Misir kimi ölkələrlə münasibətləri tənzimləmək üçün zəmin hazırdır:

"Biz baxışımızı düzəltsək, çox rahatlıqla müsəlman qardaşlarımızla əməkdaşlıq edə bilərik. Amma əgər güc mövqeyindən danışmaq istəsək, o zaman qarşı tərəf də deyəcək ki, mənim də gücüm var. Biz qardaşıq, bir-birimizin hökmdarı deyilik, əl-ələ verməliyik ki, bölgəni sakitləşdirək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi