xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 
  • 14:46 – İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi 
  • 13:07 – Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video 

Heydər Əliyev Beynəlxalq Hava Limanında sərhəd keçidi ASANLAŞDIRILDI

Bugün, 10:17 1 dəfə baxılıb

Heydər Əliyev Beynəlxalq Hava Limanında sərhəd keçidi ASANLAŞDIRILDI


Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” (avtomatlaşdırılmış pasport nəzarəti və biometrik identifikasiya sistemi) istifadəyə verilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Məlumata görə, müasir texnoloji həllər əsasında fəaliyyət göstərən innovativ sistem Azərbaycan Respublikasının 18 yaşı tamam olmuş vətəndaşlarının sərhəd nəzarətindən daha sürətli və rahat şəkildə keçməsinə imkan yaradır.

Elektron qapı vasitəsilə sərhəd nəzarəti prosesi əsas mərhələlər üzrə avtomatlaşdırılmış qaydada həyata keçirilir. Sərnişin şəxsiyyət sənədini müvafiq oxutma qurğusuna təqdim etdikdən sonra sənəddəki məlumatlar sistem tərəfindən avtomatik oxunur, aidiyyəti informasiya sistemləri üzrə zəruri yoxlamalar aparılır və biometrik məlumatlar əsasında şəxsin eyniləşdirilməsi həyata keçirilir.

Bütün məlumatların uyğunluğu təsdiq edildikdə elektron qapı avtomatik açılır və sərnişinin sərhəd nəzarətindən keçidi tamamlanır. Sözügedən proses elektron qapı vasitəsilə təxminən 20 saniyə ərzində həyata keçirilir.

Sistemin tətbiqi sərhəd nəzarətinin əsas mərhələlərinin avtomatlaşdırılmasına, sərnişinlərin sərhədkeçmə məntəqələrində gözləmə müddətinin azaldılmasına, nəzarət prosedurlarının çevikliyinin və səmərəliliyinin yüksəldilməsinə, eləcə də insan amilinin minimuma endirilməsinə şərait yaradır.

“Elektron qapı sərhəd nəzarəti sistemi” ilkin mərhələdə Heydər Əliyev Beynəlxalq Hava Limanının ölkəyə gəlmə zalında istifadəyə verilib.

Növbəti mərhələdə sistemin digər dövlət sərhədindən buraxılış məntəqələrində də tətbiqi nəzərdə tutulur. Hazırda sistemin imkanlarının genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

Yeni texnologiyanın tətbiqində əsas məqsəd yalnız sərnişinlərin sərhəd nəzarətindən daha sürətli keçirilməsini təmin etmək deyil, eyni zamanda sərnişin məmnuniyyətinin artırılması, sərhəd nəzarətində rəqəmsal texnologiyaların tətbiq dairəsinin genişləndirilməsi və müasir tələblərə cavab verən effektiv nəzarət mexanizmlərinin formalaşdırılmasıdır.

Bu sistemin tətbiqi Azərbaycanın beynəlxalq hava limanlarında rəqəmsal və innovativ sərhəd nəzarəti infrastrukturunun inkişaf etdirilməsi, qabaqcıl texnologiyaların sərhəd mühafizəsi və sərhəd nəzarəti sahəsinə inteqrasiyası istiqamətində atılan mühüm addımlardan biridir.

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin müasir standartlara uyğun təşkili, innovativ texnologiyaların tətbiqi və sərnişinlər üçün daha çevik və rahat xidmət imkanlarının yaradılması istiqamətində fəaliyyət davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi