xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 
  • 14:46 – İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi 
  • 13:07 – Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video 

“Uduş”, “hədiyyə”, “kampaniya” təklifləri ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ

Bugün, 10:30 0 dəfə baxılıb

“Uduş”, “hədiyyə”, “kampaniya” təklifləri ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ


Vətəndaşların bank hesablarına çıxış əldə etmək və pul vəsaitlərini mənimsəmək məqsədilə yeni üsullardan və fərqli təkliflərdən istifadə olunur, nəticədə vətəndaşlar maddi zərərə məruz qalırlar. Saxta internet səhifələri və keçidlər, hədiyyə və uduş vədləri, eləcə də cəlbedici təkliflər vasitəsilə bank kartlarına dair məxfi məlumatların əldə edilməsinə cəhd göstərilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxslər özlərini bank və ya digər qurumların əməkdaşı kimi təqdim edərək kart sahibinin adı və soyadı, kartın etibarlılıq müddəti, CVV/CVC kodu və mobil telefona göndərilən birdəfəlik OTP təhlükəsizlik kodunu tələb edə bilərlər.

DİN bildirir ki, banklar və digər dövlət və ya özəl qurumların əməkdaşları vətəndaşlardan şəxsi və bank məlumatlarını telefon, sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə tələb etmirlər.

Bu məlumatlar heç bir halda başqa şəxslərlə paylaşılmamalıdır. Məlumatların ələ keçirilməsi kart sahibinin xəbəri və razılığı olmadan maliyyə əməliyyatlarının aparılmasına və pul vəsaitlərinin mənimsənilməsinə səbəb ola bilər.

Vətəndaşlara tövsiyə olunur ki, bank kartı və hesablarına dair məxfi məlumatları heç kimlə paylaşmasınlar, tanımadıqları şəxslərdən göndərilən linklərə daxil olmasınlar, şübhəli internet səhifələrində kart məlumatlarını daxil etməsinlər; “uduş”, “hədiyyə”, “kampaniya” və digər cəlbedici təkliflərə qarşı diqqətli olsunlar, bank əməkdaşı olduğunu bildirən şəxslərin tələbi ilə belə CVV/CVC və OTP kodlarını təqdim etməsinlər.

DİN vətəndaşları şəxsi və maliyyə məlumatlarının təhlükəsizliyinə ciddi yanaşmağa çağırır.

Kiberdələduzluqla bağlı hər hansı halla qarşılaşdığınız zaman “102” Xidməti-Zəng Mərkəzinə və ya DİN-in rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi