xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:30 – Prezidentlər Qolf Klubun açılışında iştirak etdilər - FOTOLAR 

ABŞ ordusu bu ölkədən ÇIXIR - Bazalar BAĞLANIR

3-06-2025, 15:30 3 dəfə baxılıb



ABŞ Suriyadakı hərbi varlığını geniş miqyasda azaltmağa başlayıb. Belə ki, ölkədə iki hərbi baza bağlanıb, biri isə kürd Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətinə verilib.

Bu barədə Pentaqonun nümayəndəsi “Al Arabiya” telekanalına məlumat verib.

Onun sözlərinə görə, artıq təxminən 500 amerikalı hərbçi ölkəni tərk edib. Qalan qüvvələr müəyyən nöqtələrdə cəmləşdiriləcək. Pentaqon bu addımı “düşünülmüş və təhlükəsiz” adlandırıb.

Məlumata görə, “Mission Support Site Euphrates” bazası SDQ-yə təhvil verilib, “Mission Support Site Green Village” isə tamamilə bağlanıb. Üçüncü obyektin adı açıqlanmır.

ABŞ kürd qüvvələrinin nəzarətində olan ərazilərdə 2015–2018-ci illər arasında 9 hərbi baza və 3 post yaradıb. Hələ aprel ayında Vaşinqton Suriyadakı hərbçi sayını 1000 nəfərdən aşağı salmaq niyyətində olduğunu bildirib.

Qeyd edək ki, martın 10-da Suriya Demokratik Qüvvələri və müvəqqəti Suriya administrasiyası, SDQ qüvvələrinin hökumət ordusuna birləşdirilməsi barədə razılıq imzalayıb. Razılaşmaya əsasən, Suriyanın şimal-şərqindəki bütün strateji obyektlər, o cümlədən qaz və neft yataqları Dəməşqdə formalaşan yeni administrasiyanın nəzarətinə keçməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi