xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 

Prezidentə sui-qəsd hazırlamaqda şübhəli bilinənlər tutuldu

18-11-2019, 13:21 175 dəfə baxılıb

Prezidentə sui-qəsd hazırlamaqda şübhəli bilinənlər tutuldu


Fransada prezident Emmanuel Makrona sui-qəsd hazırlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, söhbət 30 və 45 yaşlı iki kişidən gedir.

Saxlanılanlara qarşı “cinayətkar terror təşkilatına üzvlük” ittihamları irəli sürülüb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hər iki şübhəli ultrasağçı qruplaşmanın üzvləridir. Onlar həbs ediliblər.



Müstəntiqlər sui-qəsd planının Makronun Şarlevil-Mezer şəhərinə səfəri zamanı planlaşdırıldığını müəyyənləşdiriblər. Bununla bağlı aparılan təhqiqatda isti izlərlə 6 nəfər saxlanılıb. Onlar Makrona hücum etməyi planlaşdırdıqlarını etiraf ediblər.

Sui-qəsdin qarşısını almağa 63 yaşlı təqaüdçü Jan-Pyer Buyerin videomüşahidəsi kömək edib. O, 2018-ci ildə Makrona sui-qəsdin cəhdindən sonra kəşfiyyat orqanlarının nəzarəti altına düşüb. Buyer telefon danışıqlarından birində deyib ki, prezidentə metal detektorun aşkar etmədiyi keramika bıçağı ilə hücüm etmək istəyir.

Buyer öz tərəfdarlarından birinin evinə gedəndə polis işə qarışıb. Onu 3 şübhəli ilə birlikdə saxlayıblar. Təqaüdçünün avtomobilinin yük yerində keramika bıçağı aşkarlanıb.

Şübhəli şəxslərin evlərində aparılan axtarışların gedişatında külli miqdarda silah tapılıb. Sonra daha bir kişi və qadın saxlanılıb. Bütün şübhəlilər Parisdə həbsxanadadır. /modern.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi