xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

Şəmkirli narkotacirlər saxlanıldı

14-05-2019, 10:10 142 dəfə baxılıb

Şəmkirli narkotacirlər saxlanıldı



Şəmkirdə narkotiklərin becərilməsi və alqı-satqısı ilə məşğul olan üç nəfər tutulub. Polis həmin şəxslərin üzərindən və yaşadıqları ünvandan xeyli miqdarda narkotik vasitə aşkar edib.

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin kultivasiyası ilə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş 27 yaşlı Əlxan Hüseynovu saxlayıblar.

Dindirmə zamanı Ə.Hüseynov həmyerlisi, keçmiş məhkum 44 yaşlı Vüqar Mədətovla birlikdə narkotik vasitələrin əkib-becərilməsi ilə məşğul olduqlarını etiraf edib. "İsti izlərlə" keçirilən əməliyyat nəticəsində V.Mədətov da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman xalis çəkisi 0,319 qram olan heroin aşkar edilərək götürülüb.

V. Mədətov istintaqa ifadəsində narkotiki tanışı 32 yaşlı Elvin Əliyevdən aldığını bildirib.Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Mədətova heroini satmaqda şübhəli bilinən Elvin Əliyev tutulub.

RPŞ-də onun üzərinə baxış keçirilərkən ümumi çəkisi 2,48 qram heroin aşkarlanıb. Yaşadığı ünvandandan isə xeyli miqdarda yabanı halda bitən çətənə kolları və qurudulmuş marixuana götürülüb. Saxlanılan Elvin Əliyev heroini çay kənarında tapıdığını, evindən aşkarlanan marixuananı isə yabanı halda bitən çətənə kollarından yığıb, topladığını və şəxsi istifadəsi üçün saxladığını deyib.

Hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi