xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Almaniya qəzeti Putinə işləməsi ehtimal olunan killerdən yazıb

2-09-2019, 10:46 53 dəfə baxılıb

Almaniya qəzeti Putinə işləməsi ehtimal olunan killerdən yazıb

Almaniyanın həftəlik “Bild am Sonntag” qəzeti İkinci Çeçen Müharibəsinin fəal iştirakçısı Zəlimxan Xanqoşvilini ölürməkdə şübhəli bilinən killerin fotosunu yayımlayıb. AzEuroNews.com xəbər verir ki, bu 49 yaşlı Vadim Sokolovdur. “Bu killer Berlində Putin üçün öldürdü?” başlıqlı xəbərdə alman qəzeti yazıb ki, 2009-cu il tarixli biometrik olmayan pasportla viza alaraq Almaniyaya gələn killerin yaşayış yeri Sankt-Peterburq göstərilib.
Almaniya qəzeti Putinə işləməsi ehtimal olunan killerdən yazıb
Qəzet iddia edir ki, əslində bu adda biri Sankt-Peterburq şəhərində yaşamır. Ona verilən pasport və Şengen vizası saxta olub.

“Bild am Sonntag” ın danışdığı xüsusi xidmət orqanlarının əməkdaşları bildiriblər ki, qətldə şübhəli bilinən V.Sokolov Almaniyaya yalnız Z.Xanqoşvilini öldürmək üçün gəlib.

Eyni zamanda killerin Rusiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatının mərkəzi idarəetmə orqanı olan Baş Kəşfiyyat İdarəsi (rus. Главное разведывательное управление – ГРУ) ilə əlaqəsi istisna edilmir.

Zəlimxan Xanqoşvili kimdir?

Azərbaycanın “Yeni Müsavat” qəzeti yazır ki, Zəlimxan Xanqoşvili Gürcüstanın əsasən çeçenlərin yaşadığı Pankis dərəsində anadan olub. O, müharibədən sonra Rusiya tərəfindən axtarışa verilib. Daha sonra Zəlimxan Xanqoşvili Gürcüstan Daxili İşlər Nazirliyinin Antiterror bölməsinin əməkdaşı vəzifəsində çalışıb.

Hələ 2014-cü ildə Z.Xanqoşvilini Pankisin Duisi kəndində məsciddə partladaraq öldürmək istəyiblər. 2015-ci ildə isə o, Tiflisin mərkəzində yenidən sui-qəsdə məruz qalıb. Silahlı adamlar ona 4 dəfə atəş açıblar. Yalnız xəstəxanaya vaxtında çatdırılması həmin vaxt onu ölümdən qurtarıb. İkinci sui-qəsddən sonra Z.Xanqoşvili Ukraynaya köçüb və burada Rusiyaya qarşı mübarizəsini davam etdirib. Ukraynaya köçən bir sıra Putin rejimi əleyhdarlarının aqibətlərinin acı sonluqla bitməsi onu Almaniyaya köçməyə və burada sığınacaq istəməyə məcbur edib. Son dövrlərdə onun Brandenburq və Berlində yaşadığı bilinirdi.
Almaniya qəzeti Putinə işləməsi ehtimal olunan killerdən yazıb
Xatırladaq ki, Zəlimxan Xanqoşvili bu il avqust ayının 23-də Berlinin Moabit rayonundakı bir parkda başına yaxın məsafədən atəş açılmaqla qətlə yetirilib. Almaniya hüquq-mühafizə orqanları sui-qəsdin olduqca peşəkar şəkildə planlandığına, həyata keçirildiyinə və xarici ölkənin kəşfiyyat strukturu tərəfindən icra olunduğuna diqqət çəkib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi