xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 

Polislər Fransa prezidentinə "murdar" deyən qadının evinə basqın etdi - FOTO

30-03-2023, 13:20 20 dəfə baxılıb

Polislər Fransa prezidentinə "murdar" deyən qadının evinə basqın etdi - FOTO


Fransada bir qadın Prezident Emmanuel Makronu təhqir etmək şübhəsiylə saxlanılıb.

“France 24” xəbər verir ki, hadisə Saint-Omer bölgəsində baş verib.

Fransa polisi “sarı jiletlilər” hərəkətinin nümayəndələrindən olan qadını işlətdiyi “murdar” sözünə görə evindən aparıb.

Yerli televiziyalardan BFMTV-nin xəbərinə görə, qadın qubernatorun şikayəti ilə saxlanılıb.

Qadının Makronun pensiya islahatı ilə bağlı 22 martda xalqa müraciətdən bir gün əvvəl feysbukda paylaşım etdiyi məlum olub.

"Bu murdar saat 13:00-da sizə müraciət edəcək. Biz bu murdarı həmişə televiziyada görürük",- deyə o yazıb.

İttihamlarla bağlı danışan qadın başqa bir söz yazmaq istədiyini, lakin "klaviatura qurbanı olduğunu" deyib.

Məlumata görə, 20 iyunda “prezidenti təhqir etmək" ittihamı ilə hakim qarşısına çıxarılacaq qadın təqsirli bilinərsə, 6 ilədək azadlıqdan məhrumetmə və 22 550 avroya qədər cərimə ilə cəzalandırıla bilər.

Polislər Fransa prezidentinə "murdar" deyən qadının evinə basqın etdi - FOTOPolislər Fransa prezidentinə "murdar" deyən qadının evinə basqın etdi - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi