xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

Hatay həbsxanasında məhkumlar qaçmağa cəhd etdilər: Ölənlər və yaralananlar var - FOTO

9-02-2023, 11:07 22 dəfə baxılıb

Hatay həbsxanasında məhkumlar qaçmağa cəhd etdilər: Ölənlər və yaralananlar var - FOTO


Türkiyədə Hatay həbsxanasında məhkumlar qaçmağa cəhd ediblər.

Ədliyyə Nazirliyi Cəza və İstintaq Təcridxanaları Baş İdarəsi (CTE) zəlzələdən sonra Hatay T Tipi Qapalı Cəzaçəkmə Müəssisəsində qaçmağa cəhdlə bağlı açıqlama verib.

Mətbuata verilən açıqlamada məhkum və saxlanılanların bəzilərinin yanğın törədərək qaçmağa cəhd etdiyi, lakin qanunvericilik çərçivəsində lazımi tədbirlərin görüldüyü bildirilib. Qeyd edilib ki, baş verən hadisə zamanı məhkum və saxlanılanlardan 12 nəfər yaralanıb. Xəstəxanaya çatdırılan yaralılardan 3-ü həyatını itirib.
“Bəzi mətbuat və sosial media platformalarında Hatay T Tipi Qapalı Cəzaçəkmə Müəssisəsi ilə bağlı yayılan iddialar barədə mətbuat açıqlamasına ehtiyac duyuldu. Cəzaçəkmə müəssisəsində olan bəzi məhkum və saxlanılanların qaçmağa cəhd göstərməsi və daha sonra yanğın törətməsi səbəbi ilə əməliyyat keçirilib. Cəzaçəkmə müəssisəsində saxlanılan və məhkum olunmuş şəxslərin qaçmasının qarşısının alınması, yanğının söndürülməsi və təhlükəsizliyin təmin edilməsi üçün qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb. Nəticədə qaçış cəhdinin qarşısı alınıb, yanğın söndürülüb, məhbusların və saxlanılanların təhlükəsizliyi təmin edilib. Hadisə zamanı 12 nəfər yaralanıb, xəstəxanaya sövq edilən yaralılardan 3-ü dünyasını dəyişib. Ədliyyə nazirimiz tərəfindən hadisənin araşdırılması üçün Ədliyyə Nazirliyinin müfəttişləri, həmçinin Cəza və İstintaq Təcridxanaları Baş İdarəsinin nəzarətçilərinə göstəriş verilib, məhkəmə və inzibati istintaq prosedurlarına başlanılıb. Cəzaçəkmə müəssisəsində qadın məhbus və saxlanılanlara qarşı təcavüz iddiaları və digər əsassız ittihamlar tamamilə həqiqətəuyğun deyil. Qeyd olunan hadisələr nəticəsində cəzaçəkmə müəssisəsi istifadəyə yararsız hala düşdüyü üçün məhkum və saxlanılanlar digər cəzaçəkmə müəssisələrinə köçürülüblər”, - deyə açıqlamada qeyd edilib.

Hatay həbsxanasında məhkumlar qaçmağa cəhd etdilər: Ölənlər və yaralananlar var - FOTOHatay həbsxanasında məhkumlar qaçmağa cəhd etdilər: Ölənlər və yaralananlar var - FOTOHatay həbsxanasında məhkumlar qaçmağa cəhd etdilər: Ölənlər və yaralananlar var - FOTOHatay həbsxanasında məhkumlar qaçmağa cəhd etdilər: Ölənlər və yaralananlar var - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi