xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:25 – Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 
  • 18:17 – İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video-Yenilənib 
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:32 – “Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb” 

Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir - FOTO

8-02-2023, 11:43 22 dəfə baxılıb

Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir - FOTO


Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir.

İtlər dağıntılar altında qalan insanların çıxarılmasına yardım göstərəcək.

16 təlim keçmiş itin olduğu təyyarə artıq paytaxt Mexikodan yola düşüb.
Zəlzələlərin tez-tez baş verdiyi Meksika təcrübəli mülki və hərbi axtarış-xilasetmə qruplarına sahibdir. İtlər isə 2017-ci ildə ölkədə baş verən zəlzələdə insanların həyatının xilas edilməsində oynadıqları rola görə böyük rəğbət qazanıb.

“Frida” adlı Labrador Retriever cinsindən olan it Mexikoda qoruyucu eynək və ayaqqabıları ilə çəkilən fotolarından sonra beynəlxalq aləmdə məşhurlaşıb. Donanma rəsmilərinin məlumatına görə, “Frida” Meksika, Haiti, Qvatemala və Ekvadorda 12 nəfərin həyatını xilas edib. Həmçinin mülki xilasetmə qrupu Los Topos de Tlatelolco (Tlatelolkolu köstəbəklər) da hərbi xilasedicilərlə birlikdə yola düşüb.

Qrupun təcrübəli könüllüləri Meksikanın xarici işlər naziri Marselo Harbarda mesaj göndərərək kömək edə biləcəklərini bildiriblər. Harbard daha sonra Türkiyənin Mexikodakı səfirliyinin köməyi ilə komandanın Türkiyəyə göndərilməsinin təşkil edildiyini deyib.

Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir - FOTOMeksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir - FOTOMeksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir - FOTOMeksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi