xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

İbtidai məktəbdəki qətliamdan skandal görüntülər: 40 polis niyə müdaxilə etməyib? - FOTO

13-07-2022, 10:29 23 dəfə baxılıb

İbtidai məktəbdəki qətliamdan skandal görüntülər: 40 polis niyə müdaxilə etməyib? - FOTO


ABŞ Texas ştatında 21 nəfərin ölümü ilə nəticələnən hücumun görüntüləri üzə çıxıb.

Hadisə şahidləri məktəbə gələn polislərin müdaxilə etməyib gözlədiklərini iddia ediblər. Qısa müddətdə ölkə gündəmini zəbt edən bu iddianı dəstəkləyən yeni görüntülər mətbuata sızıb.

Görüntülərdə tüfəngli və ballistik qalxanlı çoxlu polis məmurunun məktəb daxilində dayandığı, lakin hücum edən şəxsə müdaxilə etmədiyi öz əksini tapıb.

İbtidai məktəbdəki qətliamdan skandal görüntülər: 40 polis niyə müdaxilə etməyib? - FOTO


“New York Post” qəzetinin yazdığına görə, yayılan 77 dəqiqəlik təhlükəsizlik kamerası görüntülərində təcavüzkar hələ məktəbdə olarkən bir polisin əl təmizləyicisindən istifadə etdiyi görülüb.

Hücum davam edərkən başqa bir polis məmurunun cib telefonu ilə oynadığı üzə çıxıb.
Qısa müddətdə internetdə yayılan görüntülərə reaksiyalar da gecikməyib. ABŞ-ın minlərlə sosial media istifadəçisi polisin etinasız münasibətini tənqid edib.

Hücumda ölən 10 yaşlı qurban Ceki Kazaresin atası Xavier Kazares “ABC News”a danışarkən deyib ki, hadisə yerində ən azı 40 polis əməkdaşı olub:
“Ancaq çox gec olana qədər heç nə etmədilər” - o bildirib.

İbtidai məktəblə üzbəüz binada yaşayan şahid bildirib ki, binanın içindən atəş səsləri eşidilərkən ətrafdakı insanlar məktəb qarşısındakı məmurlara müdaxilə etmələri üçün yalvarıblar.
Digər tərəfdən, hücumçunun Feysbukda törədəcəyi əməllə bağlı paylaşımlar etdiyi üzə çıxıb. Hücumla bağlı danışan Texas qubernatoru Qreq Abbot S.Ramosun ikinci postunda nənəsini öldürdüyünü, üçüncü postda isə ibtidai məktəbə silahlı hücum edəcəyini yazdığını bildirib.



Qeyd edək ki, ABŞ Texas ştatının Uvalde şəhərində 18 yaşlı Salvador Ramos Robb İbtidai Məktəbinə hücum edərək qətliam törədib. Hadisə nəticəsində Ramos 19-u şagird, 2-si müəllim olmaqla 21 nəfəri öldürüb.

İbtidai məktəbdəki qətliamdan skandal görüntülər: 40 polis niyə müdaxilə etməyib? - FOTOİbtidai məktəbdəki qətliamdan skandal görüntülər: 40 polis niyə müdaxilə etməyib? - FOTOİbtidai məktəbdəki qətliamdan skandal görüntülər: 40 polis niyə müdaxilə etməyib? - FOTOİbtidai məktəbdəki qətliamdan skandal görüntülər: 40 polis niyə müdaxilə etməyib? - FOTOİbtidai məktəbdəki qətliamdan skandal görüntülər: 40 polis niyə müdaxilə etməyib? - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi