xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Ərdoğan: “İşğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bölgədə sülh üçün fürsət yaranıb”

19-04-2022, 09:00 20 dəfə baxılıb

Ərdoğan: “İşğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bölgədə sülh üçün fürsət yaranıb”


“İşğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bölgədə sülh üçün fürsət yarandı. Bu fürsətin əldən verilməməsi üçün qonşumuz Ermənistanla normallaşma prosesini səmimiyyətlə davam etdiririk”.
"Haber Global" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərin rəhbərlərilə iftar mərasimi zamanı bildirib.

O, çıxışında Ukraynada davam edən hərbi əməliyyatlara da toxunub.

“Mən həm Zelenski, həm də Putinlə müntəzəm əlaqə saxlayıram. Hər iki tərəf İstanbulda danışıqların davam etdirilməsinin tərəfdarı olduqlarını bəyan edirlər. Hər dəfə onlarla söhbətimdə Türkiyədə görüşmək təklifimi təkrar edirəm... Mən səmimi qəlbdən inanıram ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması əsasında sülh yolu tapılacaq”, - deyə dövlət başçısı bəyan edib.

Ərdoğanın fikrincə, Ukrayna kontekstində baş verən son hadisələr həm NATO alyansının, həm də Türkiyənin alyansdakı əhəmiyyətini açıq şəkildə nümayiş etdirib.

“Aİ Türkiyənin strateji hədəfi olaraq qalır. Ukraynadakı müharibənin təsirləri Türkiyənin bir çox sahədə Aİ üçün nə qədər strateji mövqedə olduğunu göstərdi. Biz tam üzvlük perspektivimiz əsasında konkret addımların atılmasını istəyirik”, - prezident əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi