xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Ukrayna cəbhədəki ən son vəziyyəti AÇIQLADI

18-04-2022, 11:20 33 dəfə baxılıb

Ukrayna cəbhədəki ən son vəziyyəti AÇIQLADI


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhədə 18 aprel 06:00-dək olan vəziyytəi açıqlayıb.

Məlumatda deyilir:

"Rusiya Federasiyası Silahlı Qüvvələri Şərq Əməliyyat Zonasında hücum qrupunun yaradılmasını başa çatdırır. Rusiya Ukraynanın mühüm infrastruktur obyektlərinə raket və bomba zərbələri endirməkdə davam edir.

Belarus Respublikası Silahlı Qüvvələrinin bəzi bölmələri Brest və Qomel vilayətlərində Ukrayna-Belarus sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir. Bu ərazilərdə düşmən elektron müharibə kəşfiyyatı aparır. Rusiya Federasiyası Silahlı Qüvvələrinin zədələnmiş zirehli texnikasının Belarus Respublikası ərazisindən dəmir yolu ilə ixracı qeydə alınır.
Slobozanski istiqamətində rus işğalçıları Xarkovu qismən mühasirəyə almağa davam edir və qoşunlarımızın bölmələrinə atəş zərbəsi endirməyə çalışırlar.

Siverski Donets çayının sol sahilində körpübaşını genişləndirmək və qoşunların sürətlə yeridilməsinə şərait yaratmaq məqsədilə rus düşməni Zavodı, Dmitrivka və Dibrovne yaşayış məntəqələrində döyüşərək kəşfiyyat aparıb. Düşmən uğursuzluğa düçar olub və itki verərək geri çəkilib.

Rusiya düşməni əsas səylərini Lyman, Kreminna, Popasna və Rubijne yaşayış məntəqələri ərazilərində cəmləyərək Mariupol şəhəri üzərində tam nəzarəti ələ keçirməyə çalışır. Siverodonetsk, Popasna və Zaporojya istiqamətlərində hücum əməliyyatları həyata keçirib.
Cənub Buq istiqamətində düşmən əsas səylərini öz mövqelərini qoruyub saxlamağa yönəldir, Nikolayev və Oleksandrivka istiqamətlərində qoşunlarımızın mövqelərini atəşə tutmaqda davam edir.

Rusiya düşməninin Xerson vilayətinin inzibati sərhədlərinə çatmaq üçün mübarizəni davam etdirəcəyi gözlənilir.

Ümumilikdə Rusiya düşməninin 87 batalyon taktiki qrupu Ukrayna ərazisində döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb edilib.

Donetsk və Luqansk vilayətlərində Ukrayna müdafiəçiləri düşmənin on iki hücumunu dəf edib, on tankı, on beş zirehli bölməni və beş texnikasını, həmçinin düşmənin beş artilleriya sistemini məhv ediblər.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bir gün əvvəl beş hava hədəfini vurub: bir təyyarə, üç helikopter və bir PUA" - məlumatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi