xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Ukrayna cəbhədəki son durumu açıqladı: Su-25 və PUA-lar vurulub

13-04-2022, 10:29 36 dəfə baxılıb

Ukrayna cəbhədəki son durumu açıqladı: Su-25 və PUA-lar vurulub


Ukrayna Silahlı qüvvələrinin baş qərargahı cəbhədə 13 aprelə olan məlumatı açıqlayıb.

Məlumatda deyilir:

"Rusiya düşməni Xarkov və Zaporojjya vilayətlərində mülki infrastruktura raket və bomba zərbələri endirməkdə davam edir. Hava kəşfiyyatını fəal şəkildə aparır.

Rusiya Federasiyası aprelin 26-dək ölkəmizlə həmsərhəd ərazilərdə və müvəqqəti işğal olunmuş Krım ərazisində qondarma “terror təhlükəsinin sarı səviyyəsi”ni tətbiq edib. Bu tədbirlər çox güman ki, Ukrayna ərazisində hərbi texnika, silah və şəxsi heyətin hərəkətini təşkil etmək məqsədilə həyata keçirilir.

İşğalçılar Ukraynaya qondarma “könüllülər” göndərməkdə davam edir. Mövcud məlumata görə, Leninqrad vilayətində yalnız döyüş təcrübəsi olan hərbçilərdən ibarət 400 nəfərə yaxın batalyon yaradılaraq Ukraynaya göndərilib.

Slobojanski istiqamətində Xarkov şəhərinin qismən blokadası və artilleriya atəşi davam edir. Müvəqqəti olaraq işğal olunmuş bəzi ərazilərdə düşmən “xalq milisi” adlanan birləşmələrin formalaşdırılması üçün müvafiq işlər aparır.

Donetsk və Tavriya istiqamətlərində rus düşməni Mariupola aviazərbələr endirməkdə davam edirdi. Azovstal metallurgiya kompleksi və Dəniz limanı yaxınlığında hücuma başlayır.

Cənubi Buq istiqamətində düşmən ayrı-ayrı yaşayış məntəqələrini ələ keçirməyə çalışsa da, buna nail ola bilmir.

Ukrayna müdafiəçiləri son 24 saat ərzində Donetsk və Luqansk vilayətlərində düşmənin 6 hücumunu dəf edib, iki avtomobilini və üç artilleriya sistemini məhv ediblər.
Rusiyaya məxsus Su-25 düşmən təyyarəsi ötən gün Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin bir qrupu tərəfindən vurulub. Düşmən hava şəraitinə görə təyyarələrdən istifadəni xeyli azaldıb" - məlumatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi