xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Sərkisyan Bakıya dost olan ölkəyə niyə getdi?

27-12-2021, 12:26 78 dəfə baxılıb

Sərkisyan Bakıya dost olan ölkəyə niyə getdi?


Ermənistan Prezidenti Armen Sərkisyan xarici siyasətdə fəallığını artırıb. Onun qəfil Səudiyyə Ərəbistanına səfəri Azərbaycanda müəyyən suallar doğurdu. Çünki Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik münasibətlər qurmayıb və buna görə də iki ölkə arasında heç zaman rəsmi səviyyədə təmas olmayıb. 30 ildən sonra ilk dəfə Ermənistan Prezidenti Sərkisyan Səudiyyə Ərəbistanına dəvət olundu.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq qeyd edib ki, İrəvan ərəb dünyasının liderlərindən olan Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlər qurmağa cəhd edir:

“Armen Sərkisyan ölkəsinin Pakistanla da münasibətlər yaratmasına çalışır. Sərkisyan ərəb nəşrlərindən birinə verdiyi müsahibədə deyib ki, əgər Səudiyyə Ərəbistanı İrəvanla təmaslara başlayıbsa, eyni addımı Pakistandan da gözləyirlər. Armen Sərkisyan Ermənistanın Hindistanla yaxşı münasibətlərinə rəğmən, Pakistanla da əlaqə qurmaq istədiyini dilə gətirib.

Sərkisyanın məntiqi sadədir: Səudiyyə Ərəbistanı və Pakistan Azərbaycan torpaqlarının işğalına görə zamanında Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etmişdilər. Ancaq Azərbaycan İkinci Qarabağ müharibəsində torpaqlarını azad edib və deməli, Ər-Riyad və İslamabad üçün Ermənistanla diplomatik münasibətlər qurmaq üçün maneə ortadan qaldırılıb.

İrəvanın başqa bir arqumenti odur ki, əgər Azərbaycanın əsas strateji müttəfiqi Ankara İrəvanla təmaslara başlamağa qərar veribsə, Ər-Riyad və İslamabad niyə eyni addımı atmasınlar?”

Politoloqun xatırladıb ki, İkinci Qarabağ müharibəsindən sonra Bakı Türkiyənin Ermənistanla bağlı qərar verməkdə sərbəst olduğunu ifadə etmişdi:

“Eyni sözlər Səudiyyə Ərəbistanı ilə Pakistana da aiddir. Hər iki dövlət Azərbaycanla strateji əlaqələrə malikdirlər. Ancaq əgər bu iki ölkə Ermənistanla diplomatik münasibətlər qurmaq və İrəvanla rəsmi təmaslara baş vurmaq istəyirlərsə, onların bu seçiminə hörmətlə yanaşılmalıdır. Əsas odur ki, Pakistan və Səudiyyə Ərəbistanı Azərbaycanla əvvəlki strateji əlaqələrini davam etdirsinlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi