xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

“Ştamların adlandırıldığı yunan hərfləri bitərsə...” - ÜST-ün rəsmi nümayəndəsi

6-12-2021, 09:16 39 dəfə baxılıb

“Ştamların adlandırıldığı yunan hərfləri bitərsə...” - ÜST-ün rəsmi nümayəndəsi


"Koronavirusun mutasiyalarına yunan əlifbasının hərflərinə uyğun adlar verilir və onlar bitərsə, xüsusi ekspert qrupu təyinatlarla bağlı əlavə qərar verəcək".
APA bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya Federasiyasındakı rəsmi nümayəndəsi Melita Vyunoviç "Moskva" radiosuna açıqlamasında bildirib.

ÜST nümayəndəsi əlavə edib ki, yeni variantların adlarının yunan əlifbası ardıcıllığı ilə adlandırılması insanların onları izləməsini asanlaşdırmaq üçündür: "Prinsipcə, adlar mutasiyaların ilk aşkar edildiyi yerlərlə bağlı deyil, çünki onlar istənilən vaxt və hər yerdə görünə bilərlər".

"Adlar ÜST-ün virusların təkamülü üzrə texniki məsləhət qrupunun xüsusi işçi ekspert qrupu tərəfindən təyin edilir. Qrupa daxil olan alimlər ÜST-ün işçiləri deyil, onlar təşkilata yalnız öz tövsiyələrini verirlər", deyə Melita Vyunoviç vurğulayıb.

Onun sözlərinə görə, hazırda ən çox yayılmış COVID-19 ştamı "Delta"dır: "Bu yaxınlarda Cənubi Afrikada Omicron olaraq təyin olunan yeni mutasiya kəşf edildi. Əvvəlki iki "Nu" və "Xi" hərfləri niyə boş buraxıldı? "Nu" hərfi ingiliscə "yeni" deməkdir, "Xi", yəni "Ksi" hərfi isə Çin soyadı səsini verir. Ekspertlər belə qərara gəliblər ki, bu, cəmiyyətdə anti-Çin əhval-ruhiyyəsinə səbəb ola bilər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi