xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

Milyarderdən qeyri-ciddi açıqlama: hamımız oyunun içərisindəyik

3-12-2021, 11:33 40 dəfə baxılıb

Milyarderdən qeyri-ciddi açıqlama: hamımız oyunun içərisindəyik


Texnologiya milyarderi, “SpaceX” və “Tesla”nın qurucusu İlon Mask insanlığın əslində kompüter oyununun içərisində olduğunu iddia edib.

İndependent Türkçe” xəbər verir ki, Mask bu dəfə iddiasına sübut kimi 1970-cı illərdə populyar olan “Ponq” oyununu misal çəkib.

Maskın iddiasına görə, həqiqət əslində birbaşa başımızın arxasına qoşulan kabel vasitəsilə yaşadığımız simulyasiyadır.

Onun sözlərinə görə, oyunun buraxılışından sonrakı illərdə qrafika və oynanış sahəsindəki irəliləyiş bəşəriyyətin real dünyadan fərqlənməyən rəqəmsal dünyalar yaratmağa doğru getdiyini göstərir.

İ.Mask daha əvvəl də fizik Nik Bostromun 2003-cü ildə dərc olunan məqaləsində irəli sürülən fərziyyələrə qatıldığını ddemişdi

Fərziyyə ondan ibarətdir ki, gələcəkdə hesablama gücündə irəliləyişlər növbəti nəsillərə çox yüksək rəqəmlər və əcdadlarının son dərəcə təfərrüatlı simulyasiyalarını idarə etməyə imkan verəcək.

Bostrom iddia edirdi ki, əgər bu baş verərsə, "o zaman bizimki kimi ağılların böyük əksəriyyəti ilkin irqə deyil, orijinal irqin qabaqcıl nəsilləri tərəfindən simulyasiya edilmiş insanlara aid ola bilər".

Mask bu məqaləyə əsaslanaraq, yaşadığımız kainatın 99,99 faiz ehtimalla kompüter simulyasiyası olduğunu ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi