xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Petrosyandan Qarabağ etirafı: "Qanunla Azərbaycanındır, bizi məcbur edəcəklər..."

17-06-2021, 11:55 57 dəfə baxılıb

Petrosyandan Qarabağ etirafı: "Qanunla Azərbaycanındır, bizi məcbur edəcəklər..."


“Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. Bu məsələdə bizim müttəfiqimiz olmayıb və indi də yoxdur”.

“Bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan İTV-yə müsahibəsində deyib.

Onun fikrincə,1994-cü ildə Qarabağ məsələsinin ermənilərin maraqlarına uyğun həll etmək olardı və o zaman bu şans əldən verildi.

Sabiq prezident deyib ki, Azərbaycan torpaqlarını əbədi işğal altında saxlama düşüncəsi absurd yanaşma idi: “Bu məsələdə müttəfiqimiz yox idi və olmayıb da... İndi vəziyyət daha mürəkkəbdir. Əgər o zaman qarşılıqlı güzəşt mümkün idisə, indi bu imkanlar yoxdur. Biz bu imkanları itirdik. Bizdə heç nə yoxdur. Bu məsələdə ermənistanın həlledici səsi yoxdur”.

Köçəryanın Şuşa və Hadrutun qaytarılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən Petrosyan deyib ki, bu ciddi problemlərin yaranmasına gətirib çıxarar: “Orada hazırda Azərbaycan ordusu dayanır. Bu, ancaq müharibə yolu ilə ola bilər. Yəni Köçəryan yeni müharibə vəd edir. Azərbaycanı oradan çıxmağa kim məcbur edəcək? Hansı ki bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Ərazisini bərpa etdi və heç kim Azərbaycanı qınamadı. Dünyanın qanunu budur. Bizi Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına razı salmağa məcbur edəcəklər. Artıq heç bir şey bizdən asılı deyil, hər şey bitdi”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi