xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

“Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır” - Petrosyan

16-06-2021, 11:01 130 dəfə baxılıb

“Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır” - Petrosyan


“Bu məsələdə müttəfiqimiz yoxdur və olmayıb”.

“Bu barədə Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan ölkəsinin İctimai Televiziyasının efirində bildirib.

O, işğal olunmuş ərazilərin daimi olaraq saxlanıla biləcəyinə dair illuziyaları absurd hesab etdiyini qeyd edib: “İndi hər şey daha mürəkkəbdir, o zaman qarşılıqlı güzəştə getmək imkanımız var idi, indi yox. Bu fürsəti itirmişik. Bizim heç bir şeyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur”.

Petrosyan ikinci Prezident Robert Koçaryanın Şuşa və Hadrutun geri qaytarılması ilə bağlı verdiyi vədləri təhlükəli hesab etdiyini bildirib: “Bu, problemlərə səbəb ola bilər. İndi orada Azərbaycan qoşunları var, bu, yalnız müharibə ilə mümkündür. Yəni Robert Koçaryan yeni bir müharibə vəd edir. Azərbaycanı getməyə kim məcbur edəcək? Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Heç kim Azərbaycanı qınamadı. Dünyanın qanunu budur. Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olmasına razı olmaq məcburiyyətində qalacağıq. Heç bir şey bizdən asılı deyil, hər şey bitdi”,- deyə Petrosyan qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi