xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 

İsraildən Azərbaycana növbəti dəstək: Həkimlər qazilərin müalicəsini davam etdirir - VİDEO

9-04-2021, 13:03 44 dəfə baxılıb

İsraildən Azərbaycana növbəti dəstək: Həkimlər qazilərin müalicəsini davam etdirir - VİDEO


Azərbaycanda olan israilli həkimlərdən ibarət nümayəndə heyəti İkinci Qarabağ müharibəsində yaralanmış hərbçilərə dəstək göstərməyə davam edəcək.
Bunu Trend-ə nümayəndə heyətinin rəhbəri, cərrah-oftalmoloq İşay Falik deyib.

Onun sözlərinə görə, hazırda bir çox xəstənin yalnız müşahidəyə ehtiyacı var, bəziləri üçün isə yeni protezlər lazımdır:

“Bu dəfə biz özümüzlə 24 yeni protez gətirmişik və Azərbaycana bəzi tibbi avadanlıqları təhvil vermişik. Çünki biz dövlətin hərbi qulluqçuların sağlamlıq vəziyyətinin yaxşılaşması üzrə səylərini dəstəkləyirik”.

O bildirib ki, Azərbaycana ilk səfəri zamanı 150-yə yaxın hərbçinin müalicəsi ilə məşğul olub:

“Əvvəl biz fikirləşirdik ki, 100 nəfəri müalicə edəcəyik, amma sonra məlum oldu ki, təxminən 150 nəfər olacaq. Onların əksəriyyətinin xüsusi oftalmoloji prosedurlara, protezlərin sabitləşməsi üçün göz plastikasına, bəzilərinin isə gözün buynuzlu qişasının transplantasiyasına ehtiyacı var idi”.

Həkim Azərbaycanda işlədiyi zaman ən yaddaqalan təcrübəsi barədə də danışıb. O, müharibədən əvvəl dizayner peşəsi üzrə təhsil alan bir xəstəni müalicə edirdi. Cəbhədə bomba partlayışı nəticəsində hərbçi görmə qabiliyyətini demək olar ki, tam itirir və işıqdan başqa heç nə görə bilmir. Əsgərin gözünün tor qişası aralandığı üçün əməliyyat keçirilib və bunun sayəsində o, yenidən görməyə başladı.

Cərrahın sözlərinə görə, o, hərbçilərin müalicəsi üçün zəruri tibbi avadanlığın Azərbaycana tədarük olunmasına kömək göstərməyə çalışır.

İ.Falik bu dəfə Azərbaycana onkoloq olan həyat yoldaşı ilə birlikdə gəlib. Onların məqsədi ölkələr arasında zərurət olan sahələr üzrə təmasları təmin etməkdir.

Onun sözlərinə görə, bu, Azərbaycana ikinci səfəridir. Növbəti dəfə onun bu ilin mayında xəstələrin müayinəsini davam etdirmək üçün gəlməsi planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi