xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Ermənistan 10 min hərbçisini itirib - General Açıqladı

7-12-2020, 14:00 50 dəfə baxılıb

Ermənistan 10 min hərbçisini itirib - General Açıqladı


44 gün davam edən Vətən Müharibəsi Azərbaycan Ordusunun misilsiz qələbəsi ilə yekunlaşıb. Belə ki, Milli Ordumuz işğal altındakı torpaqları azad etməklə yanaşı, düşmənin 30 illik mühəndis istehkam və müdafiə sistemini darmadağın etdi.

"Ermənistanın Müdafiə Nazirliyinin itkilərin sayı ilə bağlı verdiyi rəqəmlər həqiqəti əks etdirmir. Belə müharibələrdə yalan söyləmək mümkün deyil. Müasir pilotsuz uçuş aparatları və peyk sistemlərindən müşahidələr onu göstərir ki, Ermənistanın 10 minə yaxın itkisi var".

Baku.ws xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə Nazirliyinin sabiq sözçüsü, briqada generalı Yücel Karauz bildirib.

Onun sözlərinə görə, bundan əlavə Ermənistan ordusunun bir qismi də cəbhədən qaçıb: "Onların baş naziri də bu barədə danışıb. Ermənistan Ordusu 44 günlük müharibə zamanı 65 faiz silah sistemlərini itirib. Bunları təsdiq edən görüntülər Azərbaycan Müdafiə Nazirliyində var".

Türkiyə Ordusunun genaralı daha sonra vurğulayıb ki, Ermənistan ordusu müharibə zamanı bütövlükdə şəxsi heyətin 25 faizini itirib: "Ermənistan düşdüyü vəziyyətdən 15 il ərzində çıxa bilməyəcək. Bu da Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi ən böyük uğurlardan biridir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi