xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:33 – İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub 
  • 11:29 – İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib 
  • 11:25 – Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 
  • 20:59 – “Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq” 

Ancaq kişiləri öldürən məxluq insanları çaş-baş qoyub

2-12-2020, 13:00 71 dəfə baxılıb

Ancaq kişiləri öldürən məxluq insanları çaş-baş qoyub


Zimbabvenin cənub-qərbində Qvanda şəhərində kişilərin sirli qatilini tutmaq üçün fövqəltəbii qüvvələrin qovulması üzrə mütəxəssis cəlb etmək qərarına gəlinib.
Bu barədə yerli “The Chronicle” qəzeti xəbər verir.

Yerli sakinlər məxluqun Mtsxabezi çayında təxminən 50 il əvvəl ortaya çıxdığını iddia edirlər. İlk qurbanlarının su üçün körpüyə gedib qəribə bir şəraitdə boğulan məktəblilər olduğu iddia edilir. Bəziləri onların ölmədən əvvəl suda balıq gördüklərini söyləyib. Son illərdə elə həmin körpünün yanında çimən insanlar mütəmadi olaraq boğulurlar.

Zimbabve Şəfaçıları Milli Dərnəyinin yerli şöbəsinin xəzinədarı Gogo Banda boğulanların hamısının kişilər olmasını şübhəli hesab edir. Onun fikrincə, onların ölümünü təbii səbəblərlə izah etmək mümkün deyil, çünki çay böyüklər üçün təhlükə yaradacaq qədər dərin deyil.

Məxluqun axtarışını Mərkəzi Afrikadakı Sion Apostol Kilsəsinin xadimi Mehluli Moyo həyata keçirəcək.

Moyo “Müqəddəs Ruh”un Mtsxabezi üzərindəki körpüdə insanların ölüm səbəbini açacağını ümid edir. Əgər cadugərlik məsələsidirsə, o, məxluqla təkbaşına məşğul olacaq. Ölümlər “əcdadların ruhlarından” qaynaqlanırsa, o, pasifikasiya ritualını həyata keçirəcək uyğun insanlarla əlaqə qurmağı tövsiyə edir. (oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi