xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Rusiyadan ABŞ-a reaksiya

23-11-2020, 12:00 56 dəfə baxılıb

Rusiyadan ABŞ-a reaksiya


Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın “Açıq Səma Sazişi”ndən çıxmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin açıqlamasında qeyd olunur:

“Bu, Rusiya üçün qəbuledilməzdir. “Açıq Səma Sazişi”nin yerdə qalan üzvlərindən bütün torpaqlarının müşahidə olunması, müşahidə uçuş materiallarının müqaviləyə tərəf olmayan üçüncü ölkələrə verilməməsi ilə bağlı çətinlikləri aradan qaldırılması barədə qarantiya gözləyirik.

ABŞ müqavilənin davam etməsini, Rusiyanın buna tərəf olmasını istəyirsə, ciddi olaraq düşünməlidir. Vaşinqton öz həmləsini etdi. Nə Avropanın, nə də ABŞ və müttəfiqlərin təhlükəsizliyi buna fayda vermədi. İndi Qərbə Rusiyanın reaksiyası maraqlıdır. Cavab bəsiddir. Əvvəlcədən dediklərimizin üzərində dayanmışıq. Müqavilənin digər üzvlərinin irəli sürdükləri fikirlərlə hərəkətlərinin nə qədər uyğun olub-olmadığını diqqətlə izləyirik. Rusiya və müttəfiqlərə uyğun qərarlar alınacaq”.

Qeyd edək ki, ABŞ noyabrın 22-də rəsmən “Açıq Səma Sazişi”ndən çıxdığını bəyan edib.

Bu məqamda bildirək ki, hazırkı Prezident Donald Tramp dəfələrlə sazişdən çıxacağını bildirmişdi. ABŞ Dövlət Departamenti bu addımı təsdiqləyib və gözlənilən çıxış barədə bildirişin verilməsindən altı ay keçdiyini deyib.

Milli Təhlükəsizlik Şurası da geri çəkilməni təsdiqləyib və Rusiyanın illərdir sazişin şərtlərini kobud şəkildə pozduğunu əlavə edib.

Dövlət katibi Mayk Pompeo mayda ABŞ-ın sazişdən çıxmaq niyyətində olduğunu və müqavilənin qaydalarına əsasən Sazişin digər 34 üzvünə altı aylıq bildiriş verildiyini demişdi.

Xatırladaq ki, Rusiya və ABŞ silahsız kəşf uçuşlarının hərbi fəaliyyətdə şəffaflığı artırmağa və silahlara nəzarət və digər razılaşmaların monitorinqini asanlaşdırmağa imkan verən “Açıq Səma Sazişi”ni imzalayan 34 ölkə arasındadır.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) coğrafiyasında etimad və təhlükəsizliyi artırma tədbirləri kimi nəzərdə tutulan və 1992-ci ildə imzalanan “Açıq Səma Sazişi”nin tərəfləri arasında Türkiyə də var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi