xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

Ərdoğan azərbaycanlı xanımları qəbul etdi

23-10-2020, 12:34 59 dəfə baxılıb

Ərdoğan azərbaycanlı xanımları qəbul etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik (TADİV) Dərnəyinin sədri, professor Aygün Attarı və “Star” qəzetinin köşə yazarı Sevil Nuriyevanı Qarabağ məsələsi ilə bağlı qəbul edib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

İstanbuldakı Vahdettin köşkündə qəbuldan sonra professor Aygün Attar bildirib ki, səmimi atmosfer mühitində keçən görüş zamanı Türkiyə Prezidenti ölkəsinin Azərbaycana mənəvi dəstək göstərilməsi məsələsində qətiyyətli olduğunu və güclü həmrəyliyini bir daha təsdiqləyib.

TADİV sədri 1918-ci ildə Osmanlı dövlətinin ən çətin zamanlarında Qafqaz İslam Ordusunun Bakını işğaldan qurtarması üçün göstərdiyi dəstəyin Azərbaycan xalqı tərəfindən heç bir vaxt unudulmayacağına və indi də həmin ruhun mövcud olduğuna tam əminliyini ifadə edib.

Sevil Nuriyeva qeyd edib ki, Türkiyənin Azərbaycana dəstəyi savaş içində olan ölkəmizdəki psixoloji duruma müsbət təsir edir.

Jurnalist xüsusilə Türkiyə rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə iki ölkənin media platformasının ortaq fəaliyyəti barədə aldıqları güclü qərara diqqəti cəlb edib.

Azərbaycanın haqq davasına qarşı Qərb dünyasında tətbiq olunan media embarqosunun Türkiyə sayəsində ortadan qalxdığı vurğulanıb.

Görüşdə Prezidentin sözçüsü İbrahim Kalın və İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi