xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Avtobuslardakı sıxlıq yenə gündəmdə - Foto

8-09-2020, 10:42 155 dəfə baxılıb

Avtobuslardakı sıxlıq yenə gündəmdə - Foto


Bakı Metropoliteninin işləməməsi xüsusən günün pik saatlarında avtobuslarda sıxlığın yaranmasına səbəb olur.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı jurnalist Gülşən Raufqızı da sosial şəbəkədə paylaşım edib. “İşərişəhər” stansiyasının yaxınlığındakı dayanacaqda çəkdiyi fotoşəkilləri paylaşan jurnalist bildirib ki, metro ilə 15 dəqiqə vaxt alan yol avtobuslarda saatlarla uzanır. Fotolardan görünür ki, əhali marşruta minmək üçün bütün karantin qaydalarını pozmaq məcburiyyətində qalır, sosial məsafə qorunmur.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı bildirib ki, yumşaldılmalar və qadağaların aradan qalxması ilə sərnişin sayında təbii olaraq artım baş verib. Onun sözlərinə görə, sərnişin sıxlığını aradan qaldırmaq üçün bütün avtobuslar xəttə buraxılıb:

“Artıq gündəlik 1 milyon 900 000 sərnişin sayı qeydə alınır. Bütün avtobus deposu qarajlarında nə qədər avtobus varsa, hamısı hər gün xəttə çıxarılır. Bu gün gündəlik xəttə çıxan avtobus sayı 2260-dan artıqdır. Bundan əlavə, yollarda xüsusilə səhər və axşam pik saatlarında nəqliyyat sıxlığı olur. Bunun özü də avtobusların hərəkətinə ciddi maneə yaradır. Gün ərzində H.Əliyev prospekti şəhər istiqamətində, kənar yolda sıxlıq olub. Bu yolda olan sıxlıqda “Koroğlu” stansiyasından şəhər istiqamətinə gedən avtobuslar gecikmə ilə hərəkət edib. Bu mənzərənin yaranması da bu gecikmə ilə bağlıdır”.

M. Ağayev həmçinin əlavə edib ki, bu problemlərin olmaması üçün xüsusi zolaqlar olmalıdır və hazırda bunun üzərində iş aparılır.

Avtobuslardakı sıxlıq yenə gündəmdə - FotoAvtobuslardakı sıxlıq yenə gündəmdə - Foto






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi