xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Xırdalan-Bakı arasında sərnişinləri döşəməsi qopmuş avtobus daşıyır

11-05-2019, 17:15 82 dəfə baxılıb



Xırdalan şəhəri ilə Memar Əcəmi metrostansiyası marşurut xətti üzrə hərəkət edən 119 saylı sərnişin avtobuslarından biri yararsız vəziyyətə düşüb. ONA-nın əməkdaşının çəkdiyi videodan görünür ki, avtobus qəza vəziyyətindədir və sərnişinlərin həyatı üçün ciddi təhlükə doğurur. Buna baxmayaraq, istifadəyə yararsız avtobuslarla sərnişin daşınması həyata keçirilir.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev ONA-ya deyib ki, bu kimi hallar qəbuledilməzdir: “Sərnişin avtobusunun bu vəziyyətdə idarə olunması Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiqlənən tələblərə tamami ilə ziddir və problem dərhal aradan qaldırılmalıdır. Məsələ ilə bağlı xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən "Xaliq Faiqoğlu" MMC-yə xəbərdarlıq olunacaq. Qısa vaxtda bu xətt üzrə sərnişindaşıma prosesi bütünlüklə həmin tələblərə tam uyğunlaşdırılmalıdır. Ümumilikdə isə bildirim ki, avtobus parkının yenilənməsi işləri çərçivəsində fəaliyyətini qanunun tələblərinə uyğun qurmayan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq”.
“Xaliq Faiqoğlu” MMC-dən isə bildirilib ki, problem araşdırılacaq: “Görüntülərdən hadisənin hansı avtobusda çəkildiyi dəqiq bilinmir. Bununla belə, məsələ araşdırılacaq və müvafiq tədbirlər görüləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi