xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Koronavirus Bakıda “kitayski” telefonların sonunu gətirdi — REPORTAJ - FOTO

2-03-2020, 10:13 62 dəfə baxılıb

Koronavirus Bakıda “kitayski” telefonların sonunu gətirdi — REPORTAJ - FOTO


Çində yayılan koronavirusa görə bir çox dövlətlərin bu ölkə ilə sərhədlərini bağlaması, ixracatın minimuma endirilməsi Azərbaycan bazarlarında da öz təsiri göstərməkdədir.
Musavat.com-un əməkdaşları paytaxtın mobil telefon mağazalarına baxış keçirərkən Çin istehsalı olan malların həm qiymətlərinin bahalaşdığını, həm defisit yarandığını görüb.

Hazırda şəhərin əksər tanınmış elektronika satılan mağazalar şəbəkələrində Çin malı olan "Xiaomi" və "Huawey" modellərinin qiymətlərində dəyişiklik müşahidə olunur.

Xüsusən də "Xiaomi" mobil telefonlarının "Redmi Note 7" və "Redmi Note 8" seriyalarına tələbat artıb. Ona görə də mağazalarda bu model telefonlar demək olar ki, qalmayıb.

Bakının Bülbül prospektində yerləşən tanınmış mobil telefon mağazalarında, o cümlədən şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən şəbəkələrdə apardığımız kiçik reyd zamanı məlum oldu ki, yuxarıda adını çəkdiyimiz modellər ya bir-iki ədəd qalıb, ya da heç yoxuydu.

Satıcların sözlərinə görə, Çin malı olan "Xiaomi"nin sözügedən seriyaları artıq idxal edilmir, bu da qiymətlərin qalxmasına səbəb olub.

Öyrəndik ki, "Redmi Note 7" seriyasının 32 giqabayt həcmdə olanların nağd qiyməti 360-380 manatdır.

İntəhası, bir tərəfdən bu gücə malik telefonlar elə də keyfiyyətli olmur, donmalar yaranır, yüklənir, digər tərəfdən isə mağazalarda artıq tapmaq mümkün deyil.

Odur ki, müştərilər daha çox "Redmi Note 7" seriyasının 64 giqabayt potensiala malik modellərini axtarırlar. Bu məhsullar isə demək olar ki, defisitdir.

Mağazada çalışanlar deyirlər ki, Çindən artıq həmin telefonlar gəlmir, onların istehsalı bitir, tələbat isə çoxalıb. Nəticədə qiymətlərə təsir edir.

Bu telefonların "Redmi Note 8" modellərinin isə 32 giqabayt olanları 450 manatdan başlayırdı, 64 giqabaytlıqlar 500 manatdan aşağı tapılmırdı, o da tapılsa...

Satıcılar deyirlər ki, depolarda az sayda həmin model telefonlardan qalıb. Proqnozlara görə, ayın sonuna kimi Bakıda bu seriyaları tapmaq mümkün olmayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi