xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 
  • 14:46 – İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi 
  • 13:07 – Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video 

Xüsusi nümayəndəlikdən evlər yararsızdır İDDİASI İLƏ BAĞLI AÇIQLAMA

Bugün, 10:08 2 dəfə baxılıb

Xüsusi nümayəndəlikdən evlər yararsızdır İDDİASI İLƏ BAĞLI AÇIQLAMA


Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi keçmiş məcburi köçkünlərə verilən evlərin yararsız olması ilə bağlı iddialara münasibət bildirib.
Qurumdan verilən məlumata görə, qayıdış prosesi mərhələli şəkildə davam edir və sakinlər təmir-bərpa olunan yeni mənzillərlə təmin olunurlar.

“Amma təəssüf ki, bəzən bəzi sakinlər sosial platformalarda layihədə nəzərdə tutulmayan tələblər səsləndirib, yaşadıqları mənzilin təmirindən narazılıq edirlər. Bir ildən artıqdır mənzilində yaşayan sakinlər təbii aşınma, yaşayış sahəsindən istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarını, əlavə tikililər, toyuq hini, mal-qara saxlanması üçün tövlə və digər fərdi ehtiyacların dövlət büdcəsindən maliyyələşdirilməsini tələb edirlər. Nümayəndəlik olaraq bildiririk ki, yaşayış sahəsində uzunmüddətli istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarının, şəxsi təsərrüfatın qurulması ilə bağlı işlərin, habelə əlavə yardımçı tikililərin, o cümlədən toyuq hini və digər fərdi təyinatlı obyektlərin dövlət vəsaiti hesabına inşa və ya təmir edilməsi üçün dövlət büdcəsində ayrıca maliyyə təminatı nəzərdə tutulmayıb. Bu da o deməkdir ki, dövlət büdcədində nəzərdə tutulmayan belə xərclərin dövlət hesabına qarşılanması mümkün deyil”, - Xüsusi nümayəndəlikdən qeyd olunub.

Bildirilib ki, dövlət tərəfindən vətəndaşların mənzil və yaşayış şəraiti ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər müəyyən edilən dövlət proqramları və təsdiq olunan büdcə vəsaitləri çərçivəsində həyata keçirilir:

“Vətəndaşların mənzillə təmin olunması çərçivəsində təqdim edilmiş yaşayış sahələrinin texniki vəziyyəti ilə bağlı müraciətlərə, qanunvericiliyin tələblərinə uyğun qaydada baxılır. Yaşayış sahəsində tikinti və ya təhvil zamanı mövcud olmuş qüsurlar barədə əsaslandırılmış müraciətlər olduqda, həmin hallar aidiyyatı üzrə araşdırılır. Tikililərin və digər obyektlərin vəziyyəti ayrıca texniki qiymətləndirilə bilər. Əgər tikinti qüsuru və ya zəmanət öhdəliyi ilə bağlı məsələ varsa, aidiyyatı qurum tərəfindən araşdırılır. 1 ildən çox yaşadıqdan sonra “ev yararsızdır” kimi ümumi iddialar konkret fakt və texniki baxışla əsaslandırılmalıdır. Qeyd edək ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır və yaşayış sahəsinin təhlükəsizliyi, yararlılığı və ya tikinti qüsurları ilə bağlı əsaslandırılmış məsələlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi