xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Xankəndi, Ağdərə və Xocalıda bu qədər əhali yaşayır

13-10-2025, 11:49 3 dəfə baxılıb

Xankəndi, Ağdərə və Xocalıda bu qədər əhali yaşayır


Xankəndi, Ağdərə və Xocalıda yaşayan əhalinin sayı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov məlumat verib.

O bildirib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli və könüllü şəkildə qayıdışı davam edir: “Hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 minə yaxın şəxs məskunlaşıb. Onların sırasında keçmiş məcburi köçkünlərlə yanaşı, dövlət və özəl qurumlarda çalışanlar, həmçinin onların ailə üzvləri də var. Plana əsasən, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun 11 kəndi və Ağdərə rayonunun 7 kəndində bərpa və təmir işləri aparılmaqla əhalinin köçü mərhələli şəkildə həyata keçirilir. Nəticədə, bu yaşayış məntəqələrində 6 minə yaxın keçmiş məcburi köçkünün məskunlaşdırılması nəzərdə tutulur”.

E.Yusubov əlavə edib ki, indiyədək işğaldan azad olunmuş ərazilərə investorlar tərəfindən 65 milyon manatdan çox investisiya qoyuluşu həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi