xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Xankəndi, Ağdərə və Xocalıda məskunlaşan əhalinin sayı açıqlanıb

25-11-2025, 09:11 4 dəfə baxılıb

Xankəndi, Ağdərə və Xocalıda məskunlaşan əhalinin sayı açıqlanıb


Hazırda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 23 min nəfərdən çox sakin məskunlaşıb. Bir neçə yaşayış məntəqəsində təmir-bərpa işləri davam etdirilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, bunu noyabrın 24-də Xankəndi şəhərində “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Səyyar Gənclər Xidməti” layihəsinin Qarabaq Universitetində keçirilən tədbirdə Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib.

O, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işlərinin sürətlə davam etdiyini, regionda infrastruktur layihələrinin də intensiv şəkildə həyata keçiridiyini, yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemlərinin qurulduğunu vurğulayıb.

Qeyd olunub ki, sahibkarlığın inkişafı və məşğulluğun artırılması məqsədilə həyata keçirilən sosial-iqtisadi dəstək proqramları çərçivəsində insanlara yeni iş imkanları yaradılıb.

Bundan başqa, gənclərin sosial fəallığının və təhsilinin ölkənin davamlı inkişafı üçün vacibliyini qeyd edən S.Qəhrəmanov, Xankəndidə yerləşən Qarabağ Universitetinin bölgənin intellektual və sosial inkişafında xüsusi rol oynadığını vurğulayıb. Hazırda universitetdə 2000-dən çox tələbə təhsil alır və onlar müxtəlif sosial-innovativ layihələrdə iştirak edirlər: "Bir sözlə, bölgənin davamlı inkişafı və sakinlərin öz doğma torpaqlarına qayıdışı məsələsi dövlətin prioritet vəzifələrindən biridir və bu tədbir də regionda gənclərin inkişafı, həm də gələcəkdəki sosial layihələr üçün mühüm bir addımdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi