xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Bakıda bu evlərin qiyməti kəskin qalxır

24-07-2026, 15:30 3 dəfə baxılıb

Bakıda bu evlərin qiyməti kəskin qalxır


Son illər Azərbaycanda, xüsusilə də Bakı şəhərində mənzil bazarında qiymət artımı davam edir. Həm yeni tikililərin, həm də köhnə yaşayış binalarındakı mənzillərin bahalaşması alıcıların diqqət mərkəzindədir. Qiymət artımına təsir edən əsas amillər tikinti xərclərinin yüksəlməsi, torpaq çatışmazlığı, köhnə binaların yenilənməsi prosesi və ipoteka mexanizmlərinin genişlənməsidir.

Bu barədə Demokrat.az-a açıqlama verən Rieltorlar Assosiasiyasının sədri, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, son illərdə daşınmaz əmlak bazarında qiymətlər xüsusilə iri şəhərlərdə artım nümayiş etdirir:

“Bu tendensiya daha çox Bakı şəhərində müşahidə olunur. Əvvəlki dövrlərdə tikinti şirkətləri boş torpaq sahələri əldə edərək həmin ərazilərdə yeni yaşayış binaları inşa edirdilər. Hazırda isə əsasən köhnə çoxmənzilli binalar sökülür və onların yerində müasir yaşayış kompleksləri tikilir. Bu proses zamanı mənzili sökülən sakinlərə yeni binadan daha geniş sahəyə malik, tam təmirli mənzillər təqdim olunur. Bundan əlavə, tikinti şirkətləri köçürülən sakinlərin kirayə və daşınma xərclərini də qarşılayır. Bütün bu əlavə öhdəliklər tikintinin maya dəyərini artırır və nəticədə mənzillərin satış qiymətinə də təsir göstərir. Digər tərəfdən, bazarda satılan mənzillərin böyük hissəsinin kredit və ya hissəli ödəniş şərtləri ilə təklif olunması da qiymətlərin formalaşmasına təsir edən amillərdəndir”.

Elnur Fərzəliyev qeyd edib ki, qiymət artımı təkcə yeni tikililərdə deyil, istismar müddətini başa vurmuş köhnə yaşayış binalarında da müşahidə edilir:

“Belə binalarda mənzil sahibi olan şəxslər söküntü zamanı daha dəyərli yeni mənzil əldə etmək imkanına malik olurlar. Yeni tikilidə verilən mənzillərin bazar dəyəri köhnə mənzillərlə müqayisədə daha yüksək olduğundan, bu tip əmlaklara investisiya marağı artır. Bir çox alıcı gələcəkdə həmin mənzili daha yüksək qiymətə satmaq və gəlir əldə etmək məqsədilə bu cür daşınmaz əmlaklara üstünlük verir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi