xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Regionlarda minlərlə ev sənədsiz qalıb: Ciddi problem böyüyür - VİDEO

27-03-2026, 10:24 10 dəfə baxılıb

Regionlarda minlərlə ev sənədsiz qalıb: Ciddi problem böyüyür - VİDEO


Bölgələrdə, xüsusilə, kənd yerlərində fərdi yaşayış evlərinin sənədləşdirilməsi hələ də ciddi problem olaraq qalır. Sakinlər evlərinə çıxarış ala bilmədikləri üçün onları qanuni şəkildə rəsmiləşdirə bilmir, nəticədə isə alqı-satqı və mülkiyyət hüququnun ötürülməsi zamanı müxtəlif çətinliklərlə üzləşirlər.

Xəzər TV xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, daşınmaz əmlakla bağlı əksər hüquqi əməliyyatların həyata keçirilməsi üçün çıxarışın olması vacibdir.

O bildirib ki, mülkiyyətin bir şəxsdən digərinə keçirilməsi, alqı-satqı, bağışlama, girov, vərəsəlik və digər əməliyyatların aparılması yalnız rəsmi çıxarış əsasında mümkündür. Lakin kənd yerlərində evlərin çıxarışının olmaması bu sahədə ciddi problemlər yaradır.

Ekspert qeyd edir ki, mövcud çətinliklərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən sistemli və əsaslı tədbirlərin görülməsi zəruridir. Onun fikrincə, problemin effektiv həlli yalnız kompleks yanaşma və davamlı tədbirlərin həyata keçirilməsi ilə mümkün ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi