xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Bitki yağlarının gizli fərqləri - XƏBƏRDARLIQ

5-02-2026, 15:30 9 dəfə baxılıb

Bitki yağlarının gizli fərqləri - XƏBƏRDARLIQ


Bitki yağları mətbəxdə çox vaxt eyni məqsədlə istifadə olunur, amma əslində hər yağın öz yeri var. Günəbaxan yağı tərkibinə görə daha həssas yağdır və yüksək temperaturu sevmir. Bu səbəbdən onu salatlarda, soyuq yeməklərdə və ya yemək hazır olduqdan sonra istifadə etmək daha məqsədəuyğundur. Qızartma zamanı faydalı xüsusiyyətlərinin böyük hissəsi itir.

Bunu keyfiyyət üzrə mütəxəssis Pərvin İbrahimov bildirib.

Onun sözlərinə görə, palma yağı struktur baxımından daha davamlıdır: "Yüksək temperaturda daha gec parçalanır və bu səbəbdən sənayedə və dərin qızartmalarda geniş istifadə olunur. Lakin onun gündəlik rasionda tez-tez yer alması ürək-damar sağlamlığı baxımından risk yarada bilər. Buna görə də əsas yağ mənbəyi kimi seçilməsi tövsiyə edilmir".

Mütəxəssis qeyd edib ki, kanola yağı isə yağ turşularının paylanmasına görə fərqlənir: "Orta temperaturda bişirmələrdə və salatlarda istifadə üçün daha uyğundur. Omeqa-3 tərkibi sayəsində ürək sağlamlığına daha müsbət təsir göstərir. Yağ seçərkən əsas diqqət etməli məqam istifadə sahəsi və temperaturdur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi