xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən

4-02-2026, 09:00 19 dəfə baxılıb



Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, mart ayı üzrə iş və istirahət günlərinin ardıcıllığında dəyişiklik edilib.

8 Mart - Beynəlxalq Qadınlar Günü bu il bazar gününə təsadüf etdiyindən, növbəti gün - 9 mart qeyri-iş günüdür. Novruz bayramı ilə əlaqədar olaraq isə 20, 21, 22, 23 və 24 mart tarixləri istirahət günləri sayılır. Bu tarixlərdən 21 və 22 martın şənbə və bazar günlərinə düşməsi nəzərə alınaraq, 25 və 26 mart da əlavə qeyri-iş günü müəyyən edilib.

Eyni zamanda Ramazan bayramı 20 və 21 mart tarixlərində qeyd olunacaq. Ramazan bayramının Novruz istirahət günləri ilə üst-üstə düşməsi səbəbindən hökumətin qərarı ilə 27 və 30 mart tarixləri də istirahət günü kimi təsbit edilib.

Beləliklə, martın 20-dən 30-dək ölkə üzrə ardıcıl iş günü olmayacaq. (Metbuat.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi