xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Məşhur məhəllə tarixə qovuşur - VİDEO

26-01-2026, 09:28 3 dəfə baxılıb



Bakının köhnə məhəllələrindən biri olan və sakinlər arasında hələ də "Papanin" adı ilə tanınan ərazi illərdir dəyişməz xatirələri və sürətlə dəyişən reallığı ilə yadda qalır. Küçələri dar, evləri bir-birinə bitişik olan bu məhəllə vaxtilə mehriban qonşuluq münasibətləri, uşaqların küçələrdə oynadığı həyat tərzi ilə seçilib.

Ərazi rəsmi olaraq fərqli ad daşısa da, insanlar onu hələ də köhnə adı ilə - "Papanin" kimi tanıyır və çağırırlar. Burada doğulub böyüyən sakinlər bildirirlər ki, vaxtilə bu məhəllədə həyat tamam fərqli idi.

"Bizim uşaqlığımız küçələrdə keçib. Oynamadığımız oyun yox idi. Axşam evə gec qayıdardıq, indi isə uşaqlar telefonla böyüyürlər", - deyə sakinlərdən biri xatırlayır.

Onların sözlərinə görə, əvvəllər məhəllədə qonşuluq münasibətləri daha səmimi olub. İnsanlar bir-birinə arxa durur, qapılar kilidlənməz, yad adam dərhal diqqət çəkərdi. Geyim, davranış, hörmət anlayışı isə indiki dövrlə müqayisədə tam fərqli idi.

Sakinlər qeyd edirlər ki, "Papanin"in özünəməxsus yazılmamış qanunları olub. Məsələn, əvvəllər məhəllə daxilində etik qaydalara ciddi riayət olunar, kənardan gələnlər yerli adət-ənənələrə hörmətlə yanaşardılar.

Hazırda isə məhəllə planlı söküntü mərhələsindədir. Köhnə evlər bir-bir sökülür, sakinlərin əksəriyyəti köçürülüb. Uzun illər burada yaşayan az sayda ailə isə dar küçələrdə yaşamağın çətinliyindən şikayətlənir.

"Burada yaşamaq çox çətindir. Bir metr enində küçələrdə nə yük daşımaq olur, nə də rahat hərəkət etmək. Qonşular köçüblər, cəmi bir neçə ailə qalmışıq", - deyə sakin bildirib.

Maraqlı məqamlardan biri də budur ki, "Papanin" adının mənşəyi sakinlərin əksəriyyəti üçün naməlumdur. Onların sözlərinə görə, bu ad nəsildən-nəslə ötürülüb və səbəbi ilə maraqlanan az olub.

Məlumat üçün qeyd edək ki, "Papanin" adı sovet dövründə yaşamış ictimai-siyasi xadim, coğrafiya elmləri doktoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş İvan Dmitriyeviç Papaninin adı ilə bağlıdır. Bir vaxtlar paytaxtın Nəsimi rayonunda yerləşən küçələrdən birinə onun adı verilib və zamanla ərazi "Papanin" kimi tanınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi