xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Qiymətə görə internetdən imtina edənlər cərimələnəcək? - 130 manatadək…

16-09-2024, 09:00 2 dəfə baxılıb

Qiymətə görə internetdən imtina edənlər cərimələnəcək? - 130 manatadək…


Sosial şəbəkələrdə sabahdan etibarən internet xidmətindən imtina edənlərin cərimələnəcəyi ilə bağlı məlumatlar yayılıb.

"Məsələnin doğru olub-olmadığını öyrənmək üçün "Aztelekom" MMC-yə müraciət ünvanlanıb.

Şirkətdən bildirilib ki, abonent interneti bir il istifadə edəcəyi ilə bağlı müqaviləyə imza atıb. Müqavilə ləğv olunduqda isə abonent xidmətdən imtinaya dair cərimə və ya əlavə ödəniş ödəmir. Amma 12 ay davamlı istifadə etmək şərti qarşılığında ödənişsiz təqdim edilmiş avadanlığın dəyərini ödəməli olur.

"Aztelekom" MMC-dən o da bildirildi ki, yeni tariflərin tətbiq olunduğu tarixdən sonrakı 30 gün ərzində əvvəlki abunəçilərə öz istəklərinə əsasən xidmətlərdən imtina etmək üçün vaxt verilib. Bu müddət ərzində abunəçilər müqavilə şərtlərinə uyğun olaraq yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətlərindən istədikləri zaman imtina edə bilərlər.

Qeyd edək ki, sözügedən avadanlıqların qiymətləri modelindən asılı olaraq 30 manatdan 130 manata qədər dəyişir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi