xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Gölməçəyə çevrilən paytaxt küçələri – Dövlət Agentliyi səbəbləri AÇIQLADI

9-12-2019, 11:24 37 dəfə baxılıb

Gölməçəyə çevrilən paytaxt küçələri – Dövlət Agentliyi səbəbləri AÇIQLADI

Bakıda göydən yerə nur yağan kimi, yer sakinlər üçün əsl cəhənnəmə çevrilir desək, yəqin ki, razılaşarsız. Əksər küçə və prospektlərdə yağış kollektorlarının olmaması, zamanla yollarda çalaların açılmasına səbəb olur ki, bu da istər nəqliyyat vasitələrinin, istərsə də piyadaların hərəkətinə çətinlik yaradır. Bir sözlə, yağış belə həyatımızı çətinləşdirməklə məşğuldur…

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Avtomboil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, buna səbəb bəzi yerlərdə yağış- kanalizasiya kollektorlarının olmamasıdır.

“Bakıda əhalinin sayı sürətlə artdığından, tikinti sürətlə getdiyindən kanalizasiya kollektorları gərgin vəziyyətdə çalışır. Yağış kollektorları da kanalizasiya kollektorlarına qoşulanda su yenidən yollara qayıdır. Biz mümkün olan yerlərdə yağış-kanalizasiya sistemi yaradıb həmin kollektorlara qoşuruq.

Kollektorların qoşulması mümkün olmayan yerlərdə isə yol kənarında xüsusi quyular qazılır. Bunun vasitəsilə axan sular quyulara yönəldilir, oradan isə nasoslar vasitəsi ilə ərazidən kənarlaşdırılır. Bu da mümkün olmadıqda təbii axınla ərazidən uzaqlaşdırılmağa çalışılır. Amma bu çox zaman alınmır, çünki yol kənarında olan infrastruktur buna imkan vermir. Əvvəllər Bakıda tikintilər az idi, yağış sularının ərazidən təmizlənməsi təbii axınla mümkün idi. Hazırda isə bir çox hallarda bu, mümkün olmur”, – deyən A.Nəcəfli qeyd edib ki, son illər Bakıda tikilən yeni tikililər buna imkan vermir:

“Bu üzdən bu cür problemlər də baş verir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi