xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Azərbaycan mədəniyyətinin, incəsənətinin böyük hamisi Ulu Öndər Heydər Əliyev

16-06-2023, 16:17 56 dəfə baxılıb

Azərbaycan mədəniyyətinin, incəsənətinin böyük hamisi Ulu Öndər Heydər Əliyev




Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimində və siyasətində idarəetmə ilə yanaşı, ədəbiyyat da aparıcı qüvvə idi. Dövlət rəhbəri ədəbiyyata qayğı, diqqəti dövlətçiliyin, siyasətin, Azərbaycançılıq ideyasının tərkib hissəsi kimi dəyərləndirir, ədəbi prosesləri müntəzəm izləyirdi.Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə Azərbaycan Yazıçılar İttifaqının və Birliyinin bütün qurultaylarında iştirak etmiş, əhatəli, parlaq məzmunlu nitqləri ilə yadda qalmışdır.Söz adamlarının yubiley tədbirlərində, anım günlərindəki çıxışlarında Vətənə, xalqa məhəbbət kimi mənəvi keyfiyyətlərin aşılanmasında ədəbiyyatın rolunu önə çəkir, xalqa, Vətənə sevgi ruhunda yazmağın sənətkar üçün xoşbəxtlik olmasını vurğulayırdı.
1997-ci ildə keçirilən yazıçıların X qurultayında çıxışı zamanı gənc vaxtlarından ədəbiyyatı sevdiyini, kamil bir insan kimi formalaşmasında, təhsilində, əxlaqında, mənəviyyatında, ədəbiyyatın, mədəniyyətin önəmli əhəmiyyətini qeyd etmişdir.“Ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini əbədiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır.”Bu fikir ədəbiyyata Heydər Əliyevin baxış bucağıdır.
Heydər Əliyev Azərbaycan tarixini söz, mədəniyyət, elm xadimlərinin, yaradıcı şəxsiyyətlərin tarixi kimi dəyərləndirirdi. Təsadüfi deyil ki, onun rəhbərliyi dövründə Mirzə İbrahimov, Süleyman Rəhimov, Rəsul Rza, Süleyman Rüstəm Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq görülmüş, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Mirvarid Dilbazi, Anar və s. yazıçı və şairlər Vətənin ən ali mükafatı “İstiqlal” ordeni ilə təltif olunmuşdur.
1982-ci ildə Azərbaycan ədəbiyyatı tarixinin fəlsəfi fikir, düşüncə, təfəkkür, əfəndi şairi və dramaturqu, millətin hürriyyəti uğrunda canını fəda edən Hüseyn Cavidin məzarının 41 ildən sonra uzaq Sibirin bataqlıqlarından, Tayqa meşələrindən Vətənə gətirilməsi, Naxçıvan torpağında dəfn edilməsi, 1996-cı ildə milli ornamentli əzəmətli məqbərəsinin inşası Ulu Öndərin uzaqgörənliyi idi.
6 yanvar 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar bir çox mədəni irsimizi mənimsəmək xəyalına düşən qonşularımıza, eləcə də daxildəki harasa, kiməsə xidmət edən “alim”lərə anladırdı ki, Azərbaycan poeziyasının ulu babası, şeyxi bizim milli kimliyimiz, xəzinəmizdir. 1981-ci ildə Nizaminin 840, 1991-ci ildə 850 illiyinin keçirilməsi, bu tədbirə xaricdən də nizamişünasların, şair və yazıçıların, dövlət xadimlərinin dəvət edilməsi Nizamini özününküləşdirmək istəyən əcnəbilərə sarsıdıcı zərbə idi və elə həmin ildə yazıçıların VII qurultayında sovetlərin qadağalarına önəm verməyən Ulu Öndər çıxışında Cənub ədəbiyyatı mövzusuna toxunur. Uzaqgörən Heydər Əliyev bu günümüzü o vaxt görürdü.
Dövlət rəhbərinin ədəbiyyata, sənətə, sənəkarlara, söz adamlarına, qayğısı, diqqəti, dərin ehtiramı Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycançılıq ideologiyasına münasibətindən qaynaqlanırdı.Mirvarid Dilbazi də onun diqqətində olduğu, unutmadığı, yüksək dəyərləndirdiyi sənətkarlardandır. 2000-ci il noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Mirvarid Dilbazini qəbul edəndə Xalq şairi özünün xoşbəxtliyini daha aydın önə çəkmişdi: “Xoşbəxt olur o sənətkar ki, millətindən və dövlətindən razıdır və ondan razıdırlar.”
Ağbirçək şair anamız ömrünün müdrik çağlarında duyğulu ürəyində bir dərd daşıyırdı – Qarabağ dərdi.Mirvarid xanımın yeganə övladı Xatirə Dilbazi müsahibələrinin birində deyir ki, Heydər Əliyev ad günündə anama zəng edirdi, təbrikindən sonra soruşurdu ki, ürəyin nə istəyir? Anam da eyni cavab verirdi: heç nə lazım deyil. Mirvarid xanımı yaxşı tanıyan sənət dostları isə xatirələrində yazırlar ki, şairin Ümummilli liderin bu sualına ərklə cavabı “mənə Qarabağımı verin!” olurdu.
Mirvarid xanımın arzusunu yerinə yetirmək üçün Heydər Əliyevə ömür vəfa etmədi. Onun layiqli davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində artıq haqq dünyasına qovuşmuş Mirvarid Dilbazinin istəyini yerinə yetirdi, işğal altında qalmış torpaqlarımız bədxah, nankor, qaniçən insan qatillərindən azad olundu.
Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar 2021- ci ilin ''Nizami Gəncəvi ili'' elan olunması təkcə Nizami Gəncəvi yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana, sivilizasiyaya verilən dəyərdir.Bu, ümummilli liderin davamçısı İlham Əliyevin ədəbiyyata, sənətə qayğısına bir sübutdur.



Cahangir Qaraşov,
Salyan rayonu, “Əməkdar mədəniyyət işçisi”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi